Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq

Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində xalqa müraciəti zamanı Zəfər muzeyinin yaradılması ilə bağlı görülən işlərdən danışıb.
Avtosfer.az xəbər verir ki, dövlət başçısı Zəfər tağının qarşısında çıxışı zamanı bildirib ki, bu, Azərbaycanın şanlı qələbəsinin şərəfinə ucaldılmış ikinci Zəfər tağıdır. Birinci Zəfər tağının Bakıda, ikincisinin isə Xankəndidə yerləşdiyini qeyd edib.
Prezident vurğulayıb ki, Bakıda Zəfər tağının yaxınlığında fəaliyyət göstərən Zəfər muzeyində şəhidlərin adları əbədiləşdirilib. Xankəndidə də belə bir muzeyin yaradılması istiqamətində son tamamlama işləri aparılır.
İlham Əliyevin sözlərinə görə, muzey keçmiş icra hakimiyyətinin binasında yerləşəcək. Dövlət başçısı həmin binanın vaxtilə Azərbaycana qarşı təcavüz və işğalçılıq siyasətinin mərkəzlərindən biri olduğunu xatırladıb.
O bildirib ki, 2023-cü ilin oktyabrında həmin binaya gəldiyi zaman ilk olaraq pəncərələri açıb və bununla da oradakı “şeytan ruhunun” çəkilib getməsini istəyib.
Prezident qeyd edib ki, vaxtilə həmin binada fəaliyyət göstərən hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar.
Eltac Zülfüqaroğlu
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO
Azərbaycanın 30 illik suveren Vətən mübarizəsinin nəticəsi – 8 Noyabr ZƏFƏR GÜNÜ
Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI












