Media nümayəndələri İngiltərədə “Poz-Qazan” biletlərinin çap olunduğu fabrikdə - FOTO/VİDEO

“Azərlotereya” ASC ani lotereyaların çap olunduğu "Scientific Games" şirkətinin İngiltərənin Lids şəhərindəki fabrikinə media nümayəndələrinin səfərini təşkil edib.
Nümayəndə heyəti "Scientific Games"in Lidsdəki fabrikində “Poz-Qazan” biletlərinin hazırlanması və çap prosesi ilə tanış olub. Burada lotereya biletləri müasir texnoloji avadanlıqlarla Dünya Lotereyalar Assosiasiyasının standartlarına uyğun şəkildə və insan müdaxiləsi olmadan hazırlanır. Səfərdə iştirak edən jurnalistlər onları maraqlandıran suallara cavab tapıblar.
“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu “Scientific Games”in lotereya sənayesi sahəsində öncül şirkətlərdən olduğunu vurğulayıb: “Azərlotereya” olaraq fəaliyyətimizi operativlik, şəffaflıq, təhlükəsizlik, güvən və “Məsuliyyətli Oyun” prinsipləri ilə reallaşdırırıq. Bu məqsədlə dünyanın öndə gələn şirkətlərindən – sahəsində lider olan "Scientific Games"lə əməkdaşlıq edirik.
“Azərlotereya” ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən "Scientific Games"in beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Kevin Anderson məmnunluğunu gizlətməyib: “Azərlotereya” ilə sıx əməkdaşlıq edirik - “Poz-Qazan” ani lotereyaları, bizim texniki dəstəyimizlə təşkil olunan tirajlı lotereyalar, virtual mühitdə oynanılan ani lotereyalar və idman mərc oyunları. Biz bu əməkdaşlıqdan məmnunuq. Şirkətlərimiz arasında əməkdaşlıq səviyyəsi möhtəşəmdir”.
Fəaliyyətində beynəlxalq təcrübəyə əsaslanan “Azərlotereya” ASC qlobal lotereya sənayesində önəmli yer tutan "Scientific Games"lə əməkdaşlıq edir. Lotereyaların təşkilində yüksək texnologiyaya sahib peşəkar şirkətlərdən sayılan "Scientific Games" 1973-ci ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınır. Şirkət 50-dən çox ölkə üzrə 130-dan çox lotereya təşkilatçısı ilə əməkdaşlıq edir. “Azərlotereya” ASC-nin bütün ani lotereya biletləri şirkətin Böyük Britaniyada yerləşən fabrikində dizayn və çap edilir.
Qeyd edək ki, “Azərlotereya” ASC şans oyunları üzrə dünyanın aparıcı təşkilatı Dünya Lotereya Assosiasiyası (WLA) və Avropa Lotereyalar və Toto Assosiasiyasının (EL) üzvüdür.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO





















