Məzar daşlarına şəkil vurmaq adəti necə yaranıb?

Əksər xalqların məzarın üstünə məzar daşı qoymaq adəti var. Bunlar ölkənin din və adət-ənənələrinə uyğun olaraq çox fərqli görünürlər.
Bu, müsəlmanlar üçün sütun, buddistlər üçün stupa, xristianlar üçün isə xaç formasındadır.
Amma məzar daşının üstündə mərhumun portretini ancaq keçmiş SSRİ və sosialist düşərgəsi ölkələrində görə bilərsiniz. Bəs bu adət haradan gəldi?
Məsələn, inqilabdan əvvəlki Rusiyada pravoslav vətəndaşların məzarları üzərində heç bir portret yox idi. Adətən məzarın üstünə daşdan, ağacdan xaçlar qoyulur və mərhumun adı yazılırdı.
Lakin sovet hakimiyyətinin gəlişi ilə hər şey dəyişdi - dinə qarşı təqiblər başladı, kilsəni və onun ayinlərini xatırladan hər şey amansızcasına kökündən kəsildi.
Sovetlər ölkəsi vətəndaşının məzarının üzərinə xaç qoymaq yersiz olardı, çünki onlara yeni bir konsepsiya lazım idi. Bu, ümumi qəbul edilən və eyni tipli məzar daşlarından ibarət idi. Nəticədə bəzən bir ulduzla və demək olar ki, həmişə mərhumun portreti ilə bəzədilmiş məzarlar ortaya çıxdı.
Hətta inanclarının insan təsvirini qadağan etdiyi müsəlmanlar da ateizm tərəfini tutaraq abidələrdə portretlərdən istifadə etməyə başladılar.
Yenilik hər kəsin xoşuna gəldi, çünki ölən şəxsin abidədə əziz cizgilərini görmək daha xoş idi.
Kilsə ölülərin portretlərinin qəbir üzərinə qoyulmasını qadağan etmir, baxmayaraq ki, ruhanilərin bu mövzuda fərqli fikirləri ola bilər.
Bəziləri mərhumun üzü olan abidələrdə bütpərəstlik elementinin olduğunu öyrədir, bəziləri isə hesab edir ki, bu, ağır itkiyə dözməyi asanlaşdırmağa kömək edir.
Qeyd edək ki, İslam şəriətində qəbirlərlə bağlı alimlərin yekdil fikri var. Qəbir daşı üzərinə hər hansı şəkil vurulması doğru hesab edilmir.
"Qafqazinfo"
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR










