Nazir: “Birgə təlimlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin qorunması üçün vacibdir”

“Ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlıq davam edir”.
Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli və gürcüstanlı həmkarları ilə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, birgə təlimlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin qorunması üçün vacibdir:
“Xalqlarımız arasında yaxınlığın hərbi əməkdaşlığın bu səviyyəyə çatmasında müstəsna rolu var. Xalqlarımıza sülh, əmin-amanlıq və rifah arzulayıram”.
Z.Həsənov xatırladıb ki, Azərbaycan və Gürcüstanın müstəqilliyinin ilk illərindən Türkiyə ilə başlayan əməkdaşlıq son illər sürətlə inkişaf edib.
Qeyd edək ki, bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında görüş olub.
Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. (report)
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO










