Ötən il Azərbaycanın yol təsərrüfatına 680 min manatdan çox maddi ziyan dəyib

"2019-cu il ərzində Bakıda və ölkənin ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 547 yol-nəqliyyat hadisəsi baş verib". Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, bunun nəticəsində 8501 pm əyrixətli tirlər, 220 pm mühafizə çəpərləri, 22 işıq dirəyi, 10,5 kvadrat metr informatik lövhə, 8 ədəd yol nişanı, 26 m körpü məhəccəri yararsız hala düşüb. "Ümumilikdə, yol təsərrüfatına 680,4 min manatdan çox maddi ziyan dəyib, bundan 423 911 manatı ödənilib", - deyə S. Məmmədov qeyd edib.
Əlavə olaraq bildirilib ki, dəyən ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 483 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 8 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət edilib, 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












