Poçtla göndərilən narkotik vasitə aşkarlandı - FOTO

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikasından Amerika Birləşmiş Ştatlarına göndərilən, invoys sənədində malın adı "coffee table" göstərilən poçt bağlaması Bakı Karqo Terminalına daxil olub. Həmin bağlamaya Heydər Əliyev Beynəlxalq Aeroportunun Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti həyata keçirilib və xidməti it bağlamaya reaksiya verib. Baxış zamanı, karton qutunun içərisindən sökülmüş vəziyyətdə olan təkərli masanın hissələri aşkarlanıb. Həmin masanın "mdf" materialından olan alt, üst panellərinin və oval şəklində olan aksessuarlarının arxalarına sonradan bərkidilən faner lövhələrin altından, təmiz çəkisi 2455 qram narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO













