Polis obrazı necə formalaşır? - MƏQALƏ

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Polis obrazı necə formalaşır?" adlı məqalə yazıb.
Avtosfer.az "Report"-a istinadən həmin məqaləni təqdim edir:
Polis kimdir? Kim polisi necə görür? Birmənalı cavab yoxdur. Ancaq bayır xidmətində çalışan əməkdaşlarımız polis haqqında öz fəaliyyətləri ilə fikir-obraz formalaşdırır. Daha çox bayır xidmətində çalışan əməkdaşların bu mənada daha çox diqqət çəkir. Bu fəaliyyət növü insanların həyat və sağlamlığının, mühafizəsinin yaxşılaşdırılmasına, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasına yönəlib. İndiki dövrdə polis əməkdaşının məsuliyyəti əvvəlki dövrlərdən fərqlidir. Çünki informasiya, sosial şəbəkələr, cinayətkarlığın yeni forma və məzmunun dəyişməsi polisi dövrün çağırış və təhdidlərinə həssas yanaşmağa istiqamətləndirir.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsi heyət qarşısında çıxışlarında, nitqlərində bildirir ki, polis əməkdaşları üzərlərində işləyərək bilik və təcrübələrini artırmalı, ən müasir informasiya texnologiyalarına yiyələnməli, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalıdır. Və qəti olaraq olaraq vurğulayır ki, polis əməkdaşı vətəndaşlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkin nümayiş etdirməli, ədalətli, obyektiv və dürüst olmalı, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalıdır.
Deyilənlər o həqiqətin göstəricisidir ki, polisin mənəvi keyfiyyətlərinin yüksəlməsi rəhbər tələbidir. Yerlərdə muasir çağırışlar kontekstində baxsaq, cinayətkarlğın profilaktikası, baş vermiş cinayətlərin açılması, ictimai asayişin təmin edilməsində bayır xidməti əməkdaşlarının fəaliyyəti, xüsusilə polis sahə inspektorlarının, post patrul xidməti və yol polisinin işinin daha da təkminləşdirilməsi diqqət mərkəzindədir.
Təcrübə, xarici ölkələrin praktikasının öyrənilməsi göstərir ki, polis bu sahədə çalışan şəxslərin vəzifələrinin öhədəsindən uğurla gəlməsinin əsas şərtlərindən biri inzibati ərazidə sakinlərlə etimadlı münasibətlərin formalaşmasıdır. Bəs bu münasibət necə formalaşa bilər? Vətəndaşların müraciətlərinə həssaslıq, ünsiyyətdə və rəftarda yüksək mədəniyyət, təmkin olmalıdır.
Təyin olunan inzibatı sahədə xidmət edən əməkdaş həm dövlət təmsilçisi olmaqla, sakinlərin etibar etdiyi, arxalandığı ünvandır. Təsadüfi deyil. Səbəblər var. Azərbaycanda polis orqanının vətəndaşa yaxınlığı üç telefon düyməsindən asılıdırsa, çağırış dərhal vətəndaşın ən yaxınında olan polis əməkdaşına yönəldilir. Və hamıya məlumdur ki, çağırışın nəticəsi mütləq yoxlanılır. Ona görə də polisin operativliyi o qədər yüksək təşkil olunub ki, çağırış saatlar yox, bir rəqəmli dəqiqələr ərzində yerinə yetirilir, yaxud yetirilməlidir.
Sakinlərlə əlaqələr elə qurulmalıdır ki, polisi hər kəs onu güvənəcəyi ünvan hesab etməli və açıq ünsiyyətə maraq göstərməlidir. Buna nail olmaq üçün polis müraciət edənləri diqqətlə dinləməli, hər biri ilə təkrar əlaqə saxlamalı, hətta onun vəzifə səlahiyyətlərindən kənar müraciətlərə biganə qalmamalıdır, müşahidə etdiyi problemlərin, çətinliklərin həlli üçün öz səlahiyyətləri həddinə yardımçı olmalıdır.
polis mayoru Elşad Hacıyev
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










