Banner

Qarabağda ermənilər silahlanır, diversant qrupları yaradırlar

Gündəm 21 Dekabr 2022 15:58 Oxunub 1294
Qarabağda ermənilər silahlanır, diversant qrupları yaradırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on gündür davam edir.

Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Hazırda havanın soyuq olmasına və qar yağmasına baxmayaraq, dinc aksiya iştirakçıları Azərbaycanın Dövlət Himni oxuyur, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!" şüarlarını səsləndirirlər.

Ermənistanın hakimiyyət dairələri və Xankəndindəki separatçı rejim aksiyanın dayandırılması, Laçın dəhlizi vasitəsilə əvvəllər olduğu kimi, Xankəndinə silah, sursat və s. daşınmağa, həmçinin rusiyalı sülhməramlıların müvvəqqəti məsuliyyət zonasında olan təbii sərvətlərimizi talan edərək Ermənistana aparmağa davam etmək üçün ən müxtəlif yollar arayırlar.

Həmin yollar arasında siyasi, media, sosial və s. istiqamətlərlə yanaşı, silahlı diversiya variantı da var.

Əldə etdiyimiz məlumatlara görə, hazırda sabiq Ağdərə, indiki Tərtər rayonunda Laçın yolundakı aksiyaya "son qoymaq" vasitəsilə təxribat hazırlanır.

Ssenariyə görə, təqribən 60-80 nəfər yerli erməni "Xankəndi, Xocalı, Əsgəran və Ağdəər rayonunun yaşayış məntəqələrinin nümayendələri" qismində Laçın yoluna çıxmalı, orada "əks-aksiya"ya başlamalı, "Yolun dərhal açılması"nı, "Qarabağlı ermələrin blokadasına son qoyulması"nı tələb edərək piketə başlamalıdır.

Piketin təşkili ilə bağlı bütün xərcləri Qarabağdakı terrorçu xuntanın "dövlət naziri" Ruben Vardanyan ödəyir.

Ətraflı

 

Piket başlayandan bir müddət sonra isə atəş açılmalı, "naməlum şəxsin açdığı atəş" nəticəsində yolu bağlamış ermənilərdən xəsarət almalıdır.

Onun yaralanma anı, habelə Xankəndidən gələcək təcili yardım maşını ilə xəstəxanaya aparılması videoçəkiliş vasitəsilə "qeydə" alınması, sonra isə ermənilər tərəfindən kütləvi şəkildə sosial şəbəkələrdə və mediada yayılması nəzərdə tutulub.

Bununla yanaşı, sabiq Ağdərə rayonunda 44 günlük Vətən Müharibəsində ermənilərin "Birinci Müdafiə Rayonu, 1-ci Korpus" adlandırdıqları arealla hərbi birləşməyə rəhbərlik etmiş Karen Cilavyanın rəhbərliyi ilə yeni silahlı qruplar yaradılmaqdadır.

Formal olaraq polkovnik, "Kyox" ləqəbli Karen Calavyanın "Yekhikner" dəstəsinə daxil olan bu qrupların hər biri Birinci Qarabağ Müharibəsində fəaliyyət göstərmiş erməni silahlı birləşmələrinin adlarını daşıyır.

Belə ki, hər birində hələlik 4-9 silahlı diversant olan qruplara "Tiqran Mets", "Susuntsi David", "Andranik Zoravar", "Muş", "Nor Maraş", "Artsiv", "Parapants Martikner", "Sehakron", "Nart" və "Aknaliç" adları verilib.

Sözügedən qrupların silah, amunisiya, əsləhə və sursatla təminatı Ermənistandan daşımalar vasitəsilə həyata keçirilib.

Daşımalar isə Laçın dəhlizi vasitəsilə gerçəkləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh