Qarabağda separatçılar arasında “hərbi vəziyyət”: Arayik Rubeni qabağa verib, aradan çıxır?

Qarabağdakı separatçıların təşvişi getdikcə artır. Onların düçar olduğu vəziyyət o qədər idarəolunmaz xarakter alıb ki, onlar artıq “hərbi vəziyyət” elan etmək məcburiyyətində qalıblar.
Erməni mətbuatında yer alan xəbərlərə görə, Qarabağdakı separatçıların “lider”i Arayik Arutyunyan müvafiq “qərar qəbul edib”.
Qərarla həmçinin Qarabağda yaşayan ermənilərin sərbəst toplaşmalarının da qarşısı alınıb.
Qeyd edək ki, erməni separatçıları azərbaycanlılar Laçın yolunda etiraz aksiyasına başlayan zaman olduqca iddialı şəkildə Xankəndidə toplanıb bu etiraz aksiyalarına müdaxilə edə biləcəkləri fikrini səsləndirirdilər. Ancaq azərbaycanlıların etirazları üçüncü gündür böyük əzm və qətiyyətlə davam etdiyi halda, “yürüş” etmək iddiasında olan separatçılar artıq sərbəst toplaşma imkanlarını belə itiriblər.
Üstəlik, separatçıların “hərbi vəziyyət” qərarından sonra yaranmış vəziyyətə nəzarət üçün “operativ qərargah” formalaşdırılıb. Bu “qərargah”ın sədri isə Rusiyadan Qarabağa riyakar planlar quraraq gəlmiş milyarder Ruben Vardanyan “təyin edilib”.
Beləliklə, separatçıların “lideri” Arayik Arutyunyan yaranmış xaos vəziyyətindən asanlıqla çıxış yolu tapıb. O, bütün məsuliyyəti Ruben Vardanyanın üzərinə ataraq “aradan çıxıb” desək, yanılmarıq.
Ruben Vardanyanın belə bir məqamda özü kimi separatçı olan Arayik Arutyunyandan ön plana çıxması həm də onun Qarabağa Arayik Arutyunyanın “böyükləri” tərəfindən göndərildiyini də növbəti dəfə ortaya qoyur. (oxu.az)
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT











