Qəzaya düşən hakim: “Qarşıdan gələn avtomobil 130-140 km/saat sürətlə üstümüzə sürdü”

“Qarşıdan gələn avtomobil əks istiqamətə çıxdı, saatda 130-140 km sürətlə üstümüzə sürdü”.
Bu barədə “Report”a açıqlamasında Yevlaxda avtomobil qəzasında xəsarət alan futbol hakimi Rövşən Rəcəbov deyib.
I Divizionda “Mingəçevir” və “Qaradağ Lökbatan” (0:2) komandaları arasında keçirilən XIV tur oyununun baş hakimi olan Rəcəbov Bakıya qayıdarkən yaşanan hadisə zamanı yalnız avtomobilin sürücüsü Ceyhun Haşımovun ciddi xəsarət aldığını söyləyib: “Bizim olduğumuz nəqliyyat vasitəsində başqa heç kimin səhhətində problem olmadı. Avtomobili Ceyhun müəllim idarə edirdi. Öz yolumuzla normal sürətdə gedirdik. Stansiya Mingəçevir yaxınlığında qarşıdan gələn maşın bizim yolumuza çıxdı. Ceyhun müəllim nə qədər çalışsa da, avtomobili qəzadan yayındıra bilmədi, o da gəlib bizi vurdu”.
Qeyd edək ki, dekabrın 10-da baş verən hadisə zamanı “Mingəçevir” – “Qaradağ Lökbatan” görüşünə təyinat alan Ceyhun Haşımov, Elmin Süleymanov, Rövşən Rəcəbov, Asif Abdullayev və Rəsul Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həmin qarşılaşmada Rövşən Rəcəbov baş hakim, Elmin Süleymanov və Asif Abdullayev laysmanlar, Rəsul Babayev dördüncü hakim, Ceyhun Haşımov isə hakim-inspektor olub.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












