Qonaq gələn iki gənci güllələyib avtomobildə yandırdı - FOTO + VİDEO

Rusiyanın Altay əyalətində polis əməkdaşları iki tanışını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, içərisində iki nəfərin meyiti olan yanmış avtomobil, bu il yanvarın 10-da rayon ərazisində aşkar edilib.
Məlumata görə, Barnaul sakinləri olan iki gənc şəxsi avtomobildə Bobrovikaya tanışlarının yanına gəliblər. Lakin naməlum səbəblərdən onların arasında mübahisə yaşanıb. Sonra şübhəli şəxs odlu silahdan atəş açaraq hər iki qonağı öldürüb. Cəsədləri avtomobilin arxa oturacağına qoyaraq Zaton qəsəbə ərazisinə gətirib və nəqliyyat vasitəsini yandıraraq hadisə yerindən qaçaraq gizlənib.
Bundan sonra əyalət polisi, müraciət əsasında əməliyyat-axtarış tədbirlərinə başlayıb və iki nəfərin ölümündə şübhəli bilinən 35 yaşlı Bobrovik rayon sakinini saxlayıb. Aparılan sorğu-sual zamanı o, törətdiyi cinayəti boynuna alıb.
Onun yaxın günlərdə hakim qarşısına çıxarılacağı gözlənilir.
Namiq Musayev

Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












