Sabunçuda “Nazlı” ləqəbli qadın narkotacir saxlanılıb - FOTO

Sabunçuda içərisində qadın narkotacirdə olan şəxslərə qarşı əməliyyat keçirilib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Belə ki, tədbir nəticəsində üzərində narkotik vasitə saxladığına görə paytaxt sakini Abdulla Salmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,175 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs heroini Bakıxanov qəsəbəsində “Nazlı” kimi tanıdığı narkotacirdən alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs, əvvəllər məhkum olunmuş paytaxt sakini Nəzakət Rzayevə tutulub. Onun yaşadığı evə baxış zamanı 1 kiloqranm 256 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. N.Rzayevə narkoik vasitələrin satışı ilə məşğul oluduğunu etiraf edib.
Sabunçu RPİ əməkdaşları tərəfindən narkotiklərə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib. Bakı şəhər sakini Ziya Ağayevin idarə etdiyi “Mersedes” markalı avtomobildə külli miqdarda narkotik vasitələr daşıması barədə idarəyə əməliyyat məlumatı daxil olub. Əməliyyat zamanı Z.Ağayev sükan arxasında olan zaman ona polislər tərəfindən saxla işarəsi verilib. Amma o, polisin tələbinə məhəl qoymaraq qaçmağa cəhd göstərib. Sabunçu RPİ-nin əməkdaşlarının çevikliyi sayəsində Z.Ağayev saxlanılıb və onun idarə etdiyi avtobilə baxış zamanı 3 kiloqram 110,562 qram qurudulmuş marixuana və 1 kiloqram 0,70 qram heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO













