“Sarı tor"a girib tıxac yaradan sürücülərə XƏBƏRDARLIQ - CƏRİMƏ OLUNACAQSINIZ - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “sarı tor”un üzərində dayanıb sıxlıq yaradan sürücülərə müraciət edib.
Bu barədə Avtosfer.az-a mərkəzdən məlumat verilib.
Bildirilib ki, sürücülər səbirsizlik edib svetoforun son saniyələrini gözləmirlər, yolun ortasında qalıb digər nəqliyyat vasitələrinin hərəkətinə mane olurlar: "Paytaxtın əksər küçə və prospektlərində bəzi sürücülərin bir neçə saniyə irəli düşmək istəyi, əsasən də mərkəzi küçə və prospektlərdə sıxlığın yaranmasına səbəb olur. Sürücülər svetoforun yaşıl işığının bitməsinə 1-2 saniyə qalmış hərəkət edərək kəsişmələrin ortasında, “sarı tor”un üzərində dayanıb sıxlıq yaradırlar. Xüsusilə də axşam saatlarında yollarda yaranan sıxlığı daha da artıran bu cür sürücülərin qaydalara əməl etməməsi diqqətdən kənarda qalmır. Müşahidə kameralarının görüntüləri əsasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən hərəkətin intensivliyini artırmaq və sıxlığın qarşısını almaq üçün yol polisi ilə birgə mütəmadi tədbirlər görülür. Belə sürücülərə müraciət edərək bildiririk ki, yollarda sıxlığın yaranmaması bir çox hallarda hər birimizdən asılıdır".
"Müşahidələr göstərir ki, svetoforun son saniyələrini gözləməyib “irəli düşüm prinsipi ilə” kəsişməyə daxil olan sürücülər özləri də vaxt itkisi ilə qarşılaşırlar. Belə qayda pozan sürücülərin nəzərinə çatdırırıq ki, “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub", - məlumatda qeyd olunub.
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












