Sürücülərə xəbərdarlıq

Azərbaycanın yol polisi qarşı hərəkət zolağına çıxmaqla nəqliyyatın sərbəst hərəkətinə mane olan, yolayrıclarında digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən intizamsız sürücülərlə mübarizənin daha effektli olması üçün onların törətdikləri əməllərinin ictimailəşdiriləcəyi barədə xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev trend-ə açıqlamasında deyib ki, son vaxtlar qarşı hərəkət zolağına çıxmaqla nəqliyyatın sərbəst hərəkətinə mane olan, yolayrıclarında digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan sürücülərə tez-tez rast gəlinir: "Görünür, bəzi intzamsız sürücülər elə düşünürlər ki, yol polisi əməkdaşlarının diqqəti yalnız ölkəmizdə keçirilən ilk Avropa Oyunları ərəfəsində nəqliyyatın hərəkətinin tənzimlənməsinə və tədbir iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına yönəlib. Lakin bu cür fikirləşənlər yanılırlar. Çünki tədbirlə əlaqədar yoldakı əməkdaşın qaydaları pozmuş sürücünü cəzalandırması bəzi vaxtlarda mümkün olmasa da, müşahidə kameralarının qeydə aldığı görüntülərə monitorlar vasitəsi ilə nəzarət edən əməkdaşlar bunu nəzərdən qaçırmırlar və təkcə bu ilin əvvəlindən 8900-dək, iyunun 1-dən bu günədək isə 600 sürücü qarşı hərəkət zolağına çıxdığına görə məsuliyyətə cəlb edilib".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri intizamlı olmağa, xəta törətməklə digər hərəkət iştirakçılarına təhlükə yaratmamağa, eləcə də şəhərimizdə coxsaylı xarici qonaqların olduğu bir dövrdə cəmiyyətə qarşı hörmətsiz yanaşmamağa çağırıb: "Belə çağırışlara məhəl qoymayan, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücülərə qarşı qanunvericiliyin tələblərinə uyğun ciddi tədbirlər görüləcək və həmin şəxslərin kimliyi və törətdikləri əməllər barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq".
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










