Evimizdəki gözəgörünməz “qatil” – Qorxunc faktlar açıqlandı

Həyət evlərində zirzəmi və kürsülərin havalandırılması məsələsi son vaxtlar diqqət çəkən mövzulardan birinə çevrilib. Tanınmış həkim Vasif İsmayılın iddiasına görə, xüsusilə yeni tikilən evlərdə bu sahələrin tamamilə bağlanması insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Həkim bunun əsas səbəblərindən biri kimi radon qazının qapalı məkanlarda toplanmasını göstərir.
Bəs radon qazı nə qədər təhlükəlidir və evlərin zirzəmi və kürsü hissələrinin havalandırılması bu riskin qarşısının alınmasında nə dərəcədə əhəmiyyətlidir?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, radon qazı torpaqda, xüsusilə də qayalarda təbii uranın parçalanması nəticəsində yaranır:
“Uranın müəyyən yarımparçalanma dövrü var və bu proses zamanı rəngsiz, iysiz, dadsız, radioaktiv qaz olan radon əmələ gəlir. Təbii olaraq, radon açıq havada yayılır və bu halda onun yaratdığı radiasiya insan orqanizmi üçün o qədər də ciddi təhlükə yaratmır. Lakin qapalı mühitdə radon akkumulasiya edir, toplanır və nəticədə insan orqanizmi üçün müəyyən problemlər yarada bilər. Ümumiyyətlə, radon qazı təbii olaraq torpaqdan, eləcə də bəzi tikinti materiallarından qapalı məkanlara daxil ola bilər. Məsələ ondan ibarətdir ki, bu cür maddələrin tənəffüs yolu ilə insan orqanizminə daxil olması uzunmüddətli perspektivdə xərçəng şişlərinin inkişafına səbəb olur. Ən təhlükəlisi də odur ki, siz bunu heç vaxt hiss etmirsiniz. Heç bir ağrı, narahatlıq yaratmır, amma həmin radioaktiv maddə orqanizmə təsir göstərir”.
A.Qeybullanln sözlərinə görə, belə sahələrdə əsas çıxış yolu ventilyasiyadır:
“Həmçinin məkanın tam izolyasiya edilməməsi və qazın sızdığı yerlərin müəyyənləşdirilərək izolyasiya olunması vacibdir ki, radon hansısa formada içəriyə sızmasın. Beton kifayət qədər qalınlıqda olduqda, adətən radonun keçməsinin qarşısını müəyyən qədər ala bilir”.
Professor deyib ki, radon və radioaktivliklə bağlı məsələlərdə binalar təhvil verilməzdən əvvəl, xüsusilə də tikinti zamanı həmin ərazidə müvafiq yoxlamalar aparılmalı və bununla bağlı rəy verilməlidir:
“Çünki müəyyən ərazilərdə uranın konsentrasiyası daha yüksək ola bilər. Buna görə də həmin ərazilər əvvəlcədən yoxlanılmalı və radon qazının yaranmasının və toplanmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. İstənilən halda, çətin havalandırılan yerlər, qaranlıq və nəm sahələr daim ventilyasiya olunmalıdır. Çünki belə məkanlarda müxtəlif bakteriyaların, mikroorqanizmlərin və digər zərərli maddələrin, o cümlədən radon qazının toplanması mümkündür. Bu məsələlər tikinti zamanı mütləq nəzərə alınmalıdır. Fərdi evlərin tikintisində də bu işləri peşəkar ustalar həyata keçirməli, tikilən evin özünə də müvafiq rəy verilməlidir. Təəssüflər olsun ki, bəzən bu məsələlərə lazımi diqqət göstərilmir”.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












