Sürücülərin sevinib, sonra da kədərləndikləri küçələr - Qəza şəraiti - VİDEO

Paytaxtın Əhməd Rəcəbli və Suleyman Sani Axundov küçəsinin kəsişməsində, artıq iki aydan çoxdur ki, işıqfor quraşdırılıb, amma işləmir.
Avtosfer.az xəbər verir ki, "ATV Xəbər"in əməkdaşları həmin ünvandan süjet hazırlayıblar.
Sürücülərin sözlərinə görə, pik saatlarda avtomobillərin hərəkəti çətinləşdiyindən bəzi hallarda yolda qəza riski də yaranır. İşıqfor quraşdırılanda sevinsələr də, ancaq iki aydır ki, gözləməkdən gözlərinin kökü saralıb.
Elşən Xəlilov (sürücü): "Ana yoldur, oradan çıxanda çox əziyyət çəkirik. Svetafor işləsə daha yaxşı olar. Biz sürücülərə də daha xeyirli olar. İki aydır, bu yoldan istifadə edirəm, svetafor qoyulub, hələ də işlək vəziyyətdə deyil. Görmüşük, qəzalar da olur".
Paytaxtın Nəsimi rayonu Ziya Bünyadov prospektindəki körpünün altında da işıqforun quraşdırılmasından bir neçə ay keçir. Sürücülərin gözü burada yaşıl, sarı və ya qırmızı axtarsa da, qaradan başqa bir rəng görmürlər. Sürücülər deyir ki, Əbdülvahab Salamzadə və Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində quraşdırlan işıqfora çoxdan ehtiyac vardı.
Sürücü: "Svetofor olsa hamı bir-birini gözləyər. Uşaqları məktəbə aparıb gətirən vaxtı, səhər-səhərdir, saat ikidədir, beləncinə propkalar olur".
Yusif Quluzadə (sürücü): "Svetofor işləsə daha yaxşı olar. Sıxlıq yaradır. Döngə olanda insanı çaşdırır. Sağa-sola ayrıca işarə qoyulmalıdır. İnsanlar çaşmadan hərəkət eləməlidir".
Bu işıqforların işləməməsi ilə bağlı Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə müraciət etdik. Mərkəzdən bildirildi ki, həmin işıqforlar Bakı Nəqliyyat Agentliyi tərəfindən təhvil verildikdən sonra sonra işə düşəcək.
Rauf Mirqulamov (NİİM-nin nümayəndəsi): "Yeni svetoforlar fiziki olaraq paytaxtın bir çox küçə və prospektlərinə artıq quraşdırılıb. Lakin işlər ardıcılıqla görülür. Əraziyə elektirik xəttinin çəkilməsi, daha sonra svetoforun özünün elektrik enerjisi ilə təmin edilməsi, bundan sonra svetofor test rejimində faəliyyət göstərəcək. Bütün proses yekunlaşdıqdan sonra Daxili İşlər Nazirliyinə təhvil veriləcək".
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, işıqforların işə salınmasında yaranan gecikmənin səbəbi elektrik naqillərinin bərpası ilə əlaqədardır. Yaxın zamanlarda bu işlər yekunlaşdıqdan sonra işıqforlar Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə təhvil veriləcək.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












