“Taksini əyləncə üçün sürürəm” - Hakan Şükürdən açıqlama

Bir neçə gün öncə ABŞ-da taksi sürərkən görüntülənən “Qalatasaray” və Türkiyə millisinin sabiq hücumçusu Hakan Şükür yeni açıqlama yayıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, futbolçu “Uber”də əyləncə üçün sürücülük etdiyini deyib:
“Dünya mediasına verdiyim bir müsahibə ilə xəbər oldum. Mən idmanda qalmaq istəyirəm. Yaşadıqlarımla bağlı nələrisə demək istəmirəm. Çox şükür həyatımızı idarə etməyə çalışırıq. Müsahibə verərkən “Uber”i də söylədim. Amma bunu vaxtaşırı həzz almaq üçün edirəm. Peşə olaraq sürücülük etmirəm. Səhhətim buna da yol vermədiyi üçün həyat yoldaşım da bu işdə çalışmağıma icazə verməz. Kafe işlətmişəm, qəhvə satıb, qab yumuşam. Ancaq bunları Amerikaya adaptasiya olmaq üçün etmişəm. Əlbəttə pul qazanmaq istəyərsinizsə, bunu da edərsiniz”.
Xatırladaq ki, FETÖ-çülükdə ittiham olunan Hakan Şükür haqqında 2015-ci ildə həbs qərarı verilib. Şükür bu qərardan sonra ABŞ-a mühacirət edib. Onun və ailəsinin Türkiyədəki bütün var-dövlətinə girov qoyulub.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











