"TRIPP üçün çərçivə sazişi bir ay ərzində yekunlaşdırılacaq" - Paşinyan

TRIPP layihəsi çərçivəsində Meğri dəmir yolunun yenidən işə salınması, eləcə də Ermənistan boyu yeni nəqliyyat və infrastruktur əlaqələrinin yaradılması planlaşdırılır.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüş zamanı ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfərindən danışarkən bildirib. O, mayın 26-da İrəvanda TRIPP layihəsinin icrası ilə bağlı çərçivə sazişinin paraflandığını xatırladıb.
“ABŞ dövlət katibi Marko Rubio Ermənistana gəlib və xarici işlər naziri ilə birlikdə TRIPP layihəsinin icrası ilə bağlı çərçivə sazişini paraflayıb. Bu, ən geci bir aydan sonra yekunlaşdırılacaq”, - Paşinyan deyib.
Onun sözlərinə görə, layihənin ən bariz komponentlərindən biri Meğri dəmir yolunun yenidən işə salınmasıdır: “Meğri dəmir yolu yenidən açılacaq və ondan həm Azərbaycan Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirmək üçün, həm də Ermənistan ölkənin şimal və cənub hissələri arasında dəmir yolu əlaqəsi yaratmaq üçün istifadə edəcək. Bu gün cənubdan şimala, yəni Syünik hissəsinə dəmir yolumuz yoxdur”.
Rayona gedənlərin nəzərinə - XƏBƏRDARLIQ
“Arzum 9999” qəzanın anbaan VİDEOsunu yaydı
Bu ərazidə müvəqqəti alternativ yol salınır - VİDEO
Qurban bayramının mahiyyəti; Türk dünyasında qurban ənənələri necə yaranıb? - AÇIQLAMA
Bakıda işıqfor işləməyən küçədə yol hərəkətini tənzimləyən vətəndaş - VİDEO
Böyük Kəsik stansiyası yenidən sərnişinləri qarşılamağa başladı - VİDEO
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib - FOTO
Milli Məclis mühüm qərarlar qəbul edib
Bu gündən Azərbaycanda 5 günlük tətil başladı
Azərbaycanda Qurban bayramı qeyd edilir
Prezident azərbaycanlıların Qurban bayramını təbrik etdi








