2064-cü ilə qədər dünya əhalisi yarıbayarı azala bilər - Alimlərdən XƏBƏRDARLIQ

Yer kürəsinin əhalisi ciddi ekoloji böhran baş verəcəyi təqdirdə 2064-cü ilə qədər iki dəfə azala bilər.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq tədqiqatın müəlliflərindən biri Alessio Cakkone (Alessio Zaccone) Phys.org portalında dərc olunan məqaləsində bildirib.
Alim vurğulayıb ki, bu ssenari qəti proqnoz deyil, sadəcə mümkün variantları göstərən riyazi modeldir.
Tədqiqatçılar hesablamalar aparmaq üçün son 12 min ildə bəşəriyyətin artım dinamikasını əks etdirən xüsusi tənlikdən istifadə ediblər. Onların sözlərinə görə, hazırkı təbii tendensiya öz-özlüyündə "dünyanın sonu"na gətirib çıxarmır. Lakin qlobal iqlim fəlakəti, irimiqyaslı pandemiyalar, dağıdıcı müharibələr və ya resurs çatışmazlığı qeydə alınarsa, vəziyyət kökündən dəyişə bilər.
Hazırlanan modelə əsasən, belə bir neqativ ssenaridə planetimiz yalnız təxminən iki milyard insanı qidalandırmaq və yaşatmaq gücündə olacaq.
Mütəxəssis xatırladıb ki, alimlər daha əvvəl də Yer əhalisinin mövcud istehlak səviyyəsinin davamlılıq həddini çoxdan aşdığı barədə xəbərdarlıq ediblər. Ekoloqların fikrincə, təbii ehtiyatların tamamilə tükənməməsi üçün planetdə ideal olaraq təxminən 2.5 milyard insan yaşamalıdır. Hazırda isə dünya əhalisinin ümumi sayı artıq 8 milyard nəfəri ötüb.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












