“Turkish Airlines” şirkətinin sərnişin axını rekord dərəcəyə çatıb

Türkiyənin aparıcı aviadaşıyıcısı olan “Turkish Airlines” şirkəti (“Türk Hava Yolları”) il ərzində sərnişin axınının həcmi üzrə rekordu yeniləyib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, 2023-cü ildə 84,3 milyon sərnişin “Turkish Airlines”in xidmətindən istifadə edib. Bu, aviaşirkətin tarixində ən yüksək göstəricidir.
Bu nailiyyət geosiyasi gərginlik, makroiqtisadi çağırışlar və COVID-19 pandemiyasının mənfi nəticələrinə baxmayaraq əldə olunub.
Mətbuat xidməti xatırladıb ki, “Turkish Airlines” şirkətinin 2023-cü ildə daxili xətlərdəki sərnişin axını ötən ilin göstəricilərini 23,5 faiz üstələyib və 30 milyon həddinə çatıb. Beynəlxalq uçuşlarda artım 53 milyon sərnişin həddini keçərək, 14 faiz təşkil edib. Eyni zamanda, Türkiyənin milli aviadaşıyıcısı hava yükdaşımalarının həcminə görə dünyada dördüncü yerə çıxıb. “Turkish Airlines” qeyd edib ki, bu günə olan məlumata görə, şirkətin balansında 416 sərnişin layneri və 24 nəqliyyat təyyarəsi var.
Türkiyənin milli brendi hesab edilən şirkət dünyanın 133 ölkəsindəki 364 hava limanına uçuşlar həyata keçirir. Eyni zamanda, təkcə son ildə şirkətin aviaparkına 46 yeni təyyarə əlavə olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












