Türkiyə xarici hərbi gəmilərə xəbərdarlıq edib

Türkiyə digər ölkələrin Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin öz ərazi sularına və ya dəniz limanlarına yaxınlaşmasına dair məlumat verməsi barədə xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat “Rəsmi Qəzet”də dərc olunub.
Türkiyə sularına daxil olmaq barədə məlumat ölkəyə məxsus dəniz sahillərindən beş dəniz milindən çox olmayan məsafədə radio ilə verilməlidir.
Sənəddə həmçinin qeyd edilib ki, xarici hərbi gəmilər Türkiyə ərazi sularında olarkən yerli hakimiyyət orqanlarının icazəsi olmadan göyərtəsində təyyarə, helikopter və pilotsuz uçuş aparatlarından istifadə edə bilməz.
Bənzər tələb dalğıclara da aiddir. Qəzet qeyd edib ki, təcili təmir, karantin nəzarəti ilə bağlı hallar istisnadır, lakin buna baxmayaraq, digər hallar türkiyəli mütəxəssislərin müşayiəti ilə aparılmalıdır. (report)
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












