Türkiyədən Azərbaycana gələn TIR-lar SƏRHƏDDƏ QALDI

Türkiyədən Azərbaycana gələn TIR-lar sərhəddə 8 kilometr növbə yaradıb.
Türkiyənin Qafqaz və Orta Asiyaya açılan ən əhəmiyyətli qapılarından biri olan Sarp sərhəd buraxılış məntəqəsində "TIR"lar növbə yaranmasına səbəb olub.
Kemalpaşa mahalında başlayan növbə 8 kilometrə çatıb. Kaçkar Gömrük və Ticarət Region Müdirliyi tərəfindən verilən açıqlamaya görə, TIR sıxlığının səbəbi “keçid sənədi” ilə bağlıdır.
Qara dəniz sahilində yolun sağ və sol tərəfində dayanan yük maşınları da hərəkətin pozulmasına səbəb olub. Yük maşınlarının sürücüləri Sarp sərhəd buraxılış məntəqəsindən keçmək üçün orta hesabla 4-8 gün gözləmək məcburiyyətində qaldıqlarını deyiblər.
İstanbuldan Azərbaycana yük daşıyan maşını sürücüsü Osman Köse 4 gündür Hopada gözlədiklərini bildirərək, "Mən gələndə 1500 maşın var idi, indi qarşıda min maşın var. Bilmirik. növbə bizə nə vaxt çatacaq. Yuvamız yox, yemək yerimiz yoxdur” – bu sözlərlə vəziyyəti təsvir edib. (lent.az)


Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT











