Xatirə İslamın paylaşdığı yol qalmaqalına rəsmi münasibət - VİDEO

Müğənni Xatirə İslam Binəqədi rayonu, Novxanı qəsəbəsində bərbad vəziyyətdə olan yolu videoya çəkərək özünün İnstaqram profilində paylaşıb. İfaçı bu barədə Lent.az -a danışarkən yol ilə bağlı etdiyi etirazı yerli sakinlərin dəstəklədiyini, lakin hər hansı aidiyyatı qurumun işə qarışmadığını bildirib:
“Bütün Novxanı sakinlərinin adından xahiş edirik, Binəqədi rayon icra hakimiyyəti başçısı bu yola diqqət ayırsın. 7 ay öncə yolu kiminsə evinə qaz çəkilməsinə görə qazdılar. Bir evə görə hər gün yoldan istifadə edənlər əziyyət çəkirlər. Bu xətti çəkdirən insan yenidən yolun üstünü bağlamalı idi. Qonşular etiraz edir. Hətta bir azdan televiziyaya çıxmağa hazırlaşırlar. Hər gün maşınlar yolda sürüşərək bir-birinə dəyir”.
Binəqədi rayon İcra Hakimiyyətindən Lent.az -a məsələ ilə bağlı məlumatlı olduqları bildirilib. İcra hakimiyyətinin verdiyi məlumata görə, bununla bağlı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət olunub:
“Məlumat üçün bildirək ki, qeyd olunan ərazi ilə bağlı rayon İcra Hakimiyyətində məlumat var. Vətəndaşların müraciətinə uyğun olaraq İcra Hakimiyyəti Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə kanalın təmir edilməsi zamanı yolun yararsız vəziyyətə düşməsi ilə bağlı müraciət ünvanlanıb.
Həmin qurumda yolun əvvəlki vəziyyətə gətirilməsi məsələsi müzakirə edilib və qısa zamanda yolun bərpa ediləcəyi barədə razılıq əldə edilib”.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












