“Yol polisi maketlərinin yerini dəyişməyəndə lazımi effekt vermir” - Ekspert

Ötən il yol-nəqliyyat hadisələrinin qarşısını almaq, sürücüləri qaydalara əməl etməyə səsləmək məqsədilə yeni təcrübədən istifadə edildi. Belə ki, yollarda Yol Patrul Xidməti (YPX) avtomobillərinin maketləri quraşdırıldı. Maket kənardan baxanda patrul avtomobili kimi görünür. Maketlərin quraşdırılmasında məqsəd sürücülərin sürət həddini aşmasına mane olmaq, yarana biləcək qəzanın əvvəlcədən qarşısını almaq idi. Qaydaya görə, sürücülər maketlərin yerini əzbər bilməsin deyə onların yeri tez-tez dəyişdirilməli idi. Lakin bəzi yollarda bu maketlər quraşdırılsa da, demək olar ki, üsulun tətbiqi geniş yayılmadı. Quraşdırılan maketlər ya eyni yerdə qalır, ya da ümumiyyətlə nadir hallarda rast gəlinir.
Maraqlıdır, bu üsul niyə geniş tətbiq edilmir? Maketlərin çoxaldılması istiqamətində işlər gedirmi?
Avtosfer.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bəzi yollarda quraşdırılan avtomobil maketlərinə vətəndaşlar tərəfindən müdaxilə edildiyini deyir: “Maketlərin quraşdırılması məsələsi bir çox dünya ölkələrində mövcuddur. Bizdə də ötən il belə maketlərin yollarda quraşdırılması istiqamətində işlər getdi. Lakin çox təəssüf ki, hələ bu prosesi qəbul etməyən bəzi vətəndaşlar maketlərin üstündəki sayrışan işıqlara müdaxilə edir, sındırmağa çalışır. Ümumiyyətlə, maketlərin daimi olaraq bir yerdə qalması heç bir uğurlu nəticə vermir, verməyəcək. Gərək mütəmadi olaraq bu maketlərin yeri dəyişdirilsin. Çünki mütəmadi olaraq qaydaları pozan sürücülər bütün yolları, daha doğrusu daimi olaraq bir yerdə olan maketlərin yerini əzbər bilirlər. Ona görə də hazırda quraşdırılan maketlər lazımi effekti vermir”.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












