Tümen–Bakı reysi ilə uçan təyyarə məcburi eniş ETDİ

Hadisə 15 Avqust 2026 19:11
Tümen–Bakı reysi ilə uçan təyyarə məcburi eniş ETDİ
WhatsApp kanalımıza abunə olun

Tümen–Bakı reysi təyyarənin salonunda tüstü sensorlarının işə düşməsi səbəbindən yarımçıq dayandırılıb. Təyyarə təhlükəsizlik məqsədilə Ufa şəhərinə məcburi eniş edib.

Avtosfer.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.

Məlumata görə, UTair aviaşirkətinə məxsus Boeing 737-500 təyyarəsi Tümenin Roşino hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra tüstü sensorlarının işə düşməsi ilə bağlı siqnal verib.

Hadisə zamanı təyyarənin arxa hissəsində yerləşən mətbəxdə stüardessalar qəhvə hazırlayırmış. İlkin ehtimala əsasən, sensorların işə düşməsinə qəhvə aparatının qoruyucusundan yayılan qoxu səbəb olub.

Pilotlar əvvəlcə təyyarəni Çelyabinskdə endirməyə cəhd etsələr də, bu mümkün olmayıb. Nəticədə hava gəmisi Ufaya eniş edib. Bir müddət sonra isə uçuş davam etdirilərək Bakı istiqamətində hərəkətə başlayıb.

Təyyarənin göyərtəsində 92 sərnişinin olduğu bildirilib.

Ural Nəqliyyat Prokurorluğu hadisəni texniki səbəblərdən baş verən məcburi eniş kimi təsdiqləyib.

Oxunub : 208
ŞƏRH YAZ
Ad

E-mail

Şərh