Almaniya və Fransadan GERİ ADDIM – Dünya avtomobil sənayesində YENİ DÖVR BAŞLAYIR

Fransa və Almaniya Avropa sənayesinin qorunması və böhran yaşayan avtomobil sektorunun dəstəklənməsi üçün genişmiqyaslı razılaşma üzərində işləyirlər. Razılaşma baş tutarsa, Avropa İttifaqının həm “Made in Europe” siyasətində, həm də 2035-ci ildən benzin və dizel mühərrikli yeni avtomobillərin satışının dayandırılması planında ciddi dəyişikliklər baş verə bilər.
“Politico” nəşrinin yazdığına görə, bir müddət əvvəl Almaniyada keçirilən birgə nazirlər görüşündən sonra Avropa İttifaqının iki ən böyük iqtisadiyyatının rəhbərləri hökumətlərinə kompromis variant hazırlamaq tapşırığı veriblər.
Berlin Aİ-nin 2035-ci ildən etibarən yeni daxiliyanma mühərrikli avtomobillərin satışını faktiki dayandıran qaydalarının yumşaldılmasını tələb edir. Almaniya avtomobil istehsalçılarına daha çox çeviklik verilməsini və alternativ yanacaq növlərinin istifadəsinə imkan yaradılmasını istəyir.
Avropanın avtomobil sənayesində böhran
Məsələ Almaniya üçün xüsusilə həssasdır. Ölkənin avtomobil sənayesində böhran dərinləşir. “Volkswagen” bu yaxınlarda dünya üzrə 100 min iş yerini ixtisar etmək məcburiyyətində qala biləcəyi barədə xəbərdarlıq edib.
Fransa indiyədək 2035-ci il hədəfini Avropa Yaşıl Sazişinin əsas elementlərindən biri kimi müdafiə edirdi. Lakin son dövrdə Paris də Aİ-nin bəzi ekoloji qaydalarına daha tənqidi yanaşmağa və Avropada istehsalı qoruyan şirkətlər üçün müəyyən güzəştlərə açıq olduğunu göstərməyə başlayıb.
Bütün bunlar Aİ ilə Çin arasında ticarət münasibətlərinin gərginləşdiyi bir vaxta təsadüf edir. Brüssel eyni zamanda Avropa şirkətlərini xarici rəqabətdən qorumaq və strateji istehsalı yenidən qitəyə qaytarmaq yollarını axtarır.
Beləliklə, Paris-Berlin kompromisi baş tutarsa, Fransa daha sərt “Made in Europe” siyasəti üçün Almaniyanın dəstəyini qazanacaq, Almaniya isə öz növbəsində avtomobil sənayesinin çoxdan tələb etdiyi 2035-ci il qaydalarının yumşaldılmasına nail ola bilər.
Avropada bu mənzərənin ortaya çıxması nə ilə əlaqədardır?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, dünya avtomobil bazarında güclü rəqabət var:
“Görünən odur ki, bu rəqabətdə Avropa dövlətləri Çinə açıq-aydın uduzur. Çinin istehsal etdiyi elektrik, hibrid və plug-in hibrid avtomobillərinə maraq artdıqca Avropanın, xüsusilə da Almaniyanın brend avtomobillərinə maraq azalır. Nəzərə alaq ki, Avropa İttifaqı 2035-ci ilə qədər dizel yanacaqlı avtomobillərdən tamamilə imtinanı hədəfləyib. Bu da ekoloji faktorlarla bağlıdır.
Amma bugünkü reallıq onu göstərir ki, dizel mühərrikli avtomobillərdən imtina Almaniyanın avtomobil sənayesinə ciddi zərbə vurur. Artıq "Wolkswagen" avtomobil şirkəti böyük itkilərlə üz-üzədir. Ona görə də Almaniya, Fransa və digər avtomobil istehsal edən ölkələr birləşərək digər Avropa İttifaqı üzvlərini dizel və benzin mühərrikli avtomobillərdən birdəfəlik imtinanı dayandırmağın tez olduğuna inandırmağa çalışırlar”.
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Aİ-dən avtomobil sahəsində radikal dəyişiklik: Təkrar emal məcburiləşdirilir
“Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş
Loqo dəyişdi, müştərilər üz döndərdi
Çaylar quruyur, Hitler dövrünün maşınları üzə çıxır
Dünyanın ən böyük detal istehsalçıları
Cəmi 20 ədəd istehsalı olunmuş avtomobilin hamısını bir ailə aldı
Yeni “Bugatti” belə olacaq - FOTOLAR
Çin tarixinin ən böyük elektromobil partiyası yola salındı
Nadir "Porsche" rekord qiymətə satıldı - FOTO
Çində yeni rüsum: Elektromobillər bahalaşacaqmı










