"Dünya gözəli" qəfildən VƏFAT ETDİ

2025-ci il “Miss Earth İndoneziya” gözəllik müsabiqəsinin qalibi Putri Andriani Juficha 26 yaşında vəfat edib.
Avtosfer.az xəbər verir ki, onun ölüm xəbəri 14 avqustda, məhz doğum günündə açıqlanıb.
Xəbər gözəllik müsabiqəsinin pərəstişkarları arasında böyük təəccüb və kədərə səbəb olub. Jufichanın ölüm səbəbi hələlik açıqlanmayıb.
“Miss Grand Indonesia” müsabiqəsinin təşkilatçıları onun vəfatı ilə bağlı paylaşım ediblər.
“Bizimlə səyahətiniz çox tez başa çatsa da, paylaşdığınız xatirələr, sevgi və işıq qəlbimizdə yaşayacaq”, – deyə təşkilatın açıqlamasında bildirilib
Putri Andriani Juficha 2025-ci ildə “Miss Grand Indonesia” müsabiqəsində ikinci yerə çıxıb. Daha sonra İndoneziyanı “Miss Earth 2025” yarışmasında təmsil etmək hüququ qazanıb və “Miss Earth İndoneziya 2025” tituluna sahib olub.
Gözəllik müsabiqələrindən əlavə, Juficha ekoloji layihələrdə də fəal iştirak edib. O, tullantıların təkrar emalı, çayların qorunması və ətraf mühitin mühafizəsi ilə bağlı təşəbbüslərə dəstək verib. Hüquq təhsili alan Juficha eyni zamanda musiqi ilə məşğul olub və öz bəstələrini yayımlayıb.
2026-cı ilin iyununda o, “Miss Culture International” yarışmasında münsif kimi fəaliyyət göstərib. Onun sonuncu “Instagram” paylaşımının isə ötən ay edildiyi bildirilir.
Jufichanın qəfil ölümü gözəllik sənətində böyük kədər yaradıb. Onun şəxsi səhifəsində çoxsaylı izləyicilər və müsabiqə pərəstişkarları başsağlığı mesajları yazıblar.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












