Bakıda müğənnini küçədə DÖYDÜLƏR - FOTO

Azərbaycanlı müğənni Pəriyar Məmmədova küçədə iki şəxsin hücumuna məruz qaldığını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, sənətçi hadisə barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, avqustun 14-də səhər saatlarında səhnədən qayıdarkən 20 Yanvar dairəsi yaxınlığında tanımadığı iki şəxsin hücumuna məruz qalıb.
Müğənni bildirib ki, əvvəlcə həmin şəxslər ona qarşı nalayiq ifadələr işlədib, daha sonra isə köməksiz vəziyyətindən istifadə edərək ona fiziki zor tətbiq ediblər.
Pəriyar Məmmədova hadisə nəticəsində alnının şişdiyini, gözünün altında göyərmə yarandığını, qollarında hematomalar əmələ gəldiyini və barmağının travma aldığını qeyd edib.
Sənətçi hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini və hücum edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını istədiyini bildirib.

Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO












