Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi

Artan yanacaq qiymətləri və genişlənən ikinci əl avtomobil bazarı nəqliyyat vasitəsi almaq istəyən sürücüləri mühüm seçim qarşısında qoyur. Eyni büdcə ilə alına bilən benzin və elektrik mühərrikli avtomobillərin müqayisəsi zamanı maraqlı nəticələr əldə edilib. Mütəxəssislər avtomobillərin texniki xidmət, dəyər itkisi və enerji xərclərini hesablayaraq hansı variantın daha sərfəli olduğunu müəyyənləşdiriblər.
Avtosfer.az xəbər verir ki, son dövrlərdə avtomobil bazarında tez-tez müzakirə olunan “İkinci əl avtomobillərdə hansı yanacaq növü daha qənaətcildir?” sualına cavab tapmaq üçün ekspertlər eyni büdcə ilə əldə edilə bilən iki məşhur avtomobili müqayisə ediblər.
Araşdırma zamanı yalnız avtomobillərin ilkin alış qiyməti deyil, həmçinin dövri texniki xidmət xərcləri, ikinci əl bazarında dəyər itkisi və 30 min mil, yəni təxminən 48 min kilometr məsafə ərzində sərf olunan ümumi enerji xərcləri də nəzərə alınıb.
Nəticələr göstərib ki, elektrikli avtomobilin daha qənaətcil olması əsasən onun harada doldurulmasından asılıdır.
Elektrikli avtomobil evdə şarj edildikdə texniki xidmət, enerji və dəyər itkisi də daxil olmaqla ümumi istifadə xərcləri baxımından benzinlə işləyən analoqundan daha sərfəli olub.
Avtomobil kommersiya və sürətli şarj stansiyalarında doldurulduqda isə vəziyyət dəyişib. Yüksək enerji tarifləri səbəbindən elektrikli modelin ümumi istifadə xərcləri benzinli avtomobildən daha yüksək olub.
Araşdırmanın nəticələri göstərir ki, elektrikli avtomobilin qənaət üstünlüyü yalnız avtomobilin özündən deyil, sürücünün şarj infrastrukturuna çıxış imkanından da birbaşa asılıdır.
Qlobal miqyasda yanacaq qiymətlərinin artması sürücülərin alternativ enerjili avtomobillərə marağını artırır. Bununla paralel olaraq ikinci əl bazarında elektrikli avtomobillərə tələbat da yüksəlir.
Bazar təhlillərinə görə, xüsusilə batareya tutumu yüksək və bir şarjla daha uzun məsafə qət edə bilən elektrikli modellər ikinci əl bazarında daha çox maraq görür. Artan tələbat isə bəzi modellərin dəyər itkisini azaltmaqla yanaşı, onların bazar qiymətlərinə də müsbət təsir göstərə bilir.
Eltac Zülfüqaroğlu
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur












