İlon Maskın yeni vədi: "Roadster" kosmik texnologiya ilə təchiz ediləcək

Avtomobil dünyasında ən çox müzakirə olunan, lakin indiyədək yollara çıxmayan layihələrdən biri olan “Tesla Roadster” yenidən İlon Maskın iddialı açıqlamaları ilə gündəmin mərkəzinə yüksəlib. İlk dəfə 2020-ci ildə satışa çıxacağı deyilən, daha sonra 2023-cü ilə təxirə salınan model üçün yeni təqdimat tarixi 1 aprel olaraq açıqlanıb.
Avtosfer.az xəbər verir ki, təqdimat üçün zarafat gününün seçilməsi suallar yaratsa da, Mask bu dəfə layihənin əvvəlkilərdən qat-qat daha çılğın bir mərhələyə keçdiyini iddia edir.
Son qatıldığı podkast yayımlarında avtomobilin texniki detallarından danışan icraçı direktor təhlükəsizliyin əsas prioritet olmadığını deyərək “Ferrari” nümunəsini göstərib və bu avtomobilin “insan tərəfindən idarə edilən son böyük nəqliyyat vasitəsi” olacağını vurğulayıb.
Maskın ən diqqətçəkən iddiası isə "Roadster" modelinin 0-dan 100 kilometr/saat sürətə bir saniyədən də az müddətdə çatacağı ilə bağlıdır. İndiyədək heç bir avtomobil istehsalçısının yaxınlaşa bilmədiyi bu göstəricini mümkün etmək üçün “SpaceX” texnologiyalarından istifadə ediləcəyi bildirilir.
Avtomobildə soyuq azot qazı ilə işləyən itələyicilərin quraşdırılacağı, bunun sayəsində maşının təkcə sürətlənməyəcəyi, eyni zamanda qısa müddətlik yerdən qalxa biləcəyi də irəli sürülür. 400 km/saatdan yüksək maksimal sürət və təsəvvürü çətin olan fırlanma anı vəd edən Mask, dostu Piter Til kimi şəxslərin artıq uçan avtomobil ala bilməli olduğunu söyləyir.
Raket itələyiciləri, yoxsa illüziya?
Texniki baxımdan mümkünsüz kimi görünən bu sürətlənmə göstəriciləri “Tesla”nın ötən il aldığı yeni patentlə fərqli bir məna qazanıb. Şirkətin avtomobilin yan hissələrinə yerləşdiriləcək nəhəng fan sistemi üçün müraciət etməsi, yarış traslarını alt-üst edən "Makmortri Spirling" modelini xatırladır. Bu sistem avtomobili yerə o qədər güclü vakuumla yapışdırır ki, nəzəri olaraq tavan üzərində belə hərəkət etmək mümkün olur. Maskın “raket texnologiyası” adlandırdığı yeniliyin, əslində, yer çəkisinə meydan oxuyan bu inkişaf etmiş hava boşaltma sistemindən ibarət olması ehtimalı da var.
Aviasiya və avtomobil texnologiyalarının bu qeyri-adi qarışığı 1 aprel tarixində keçiriləcək böyük təqdimata qədər sirr olaraq qalacaq. Maskın keçmişdə verdiyi bir çox vədin reallaşmadığı məlumdur. Bununla yanaşı, “Tesla”nın səhm dəyərini və marka imicini bu cür “uçuk” layihələrlə gücləndirdiyi də faktdır. "Roadster" həqiqətən uçacaqmı, yoxsa bu, sadəcə marketinq dahisinin yeni oyunu olacaq? Bu sualların cavabı, ehtimal ki, qəribə səhnə şouları ilə zəngin təqdimat tədbirində aydınlaşacaq./valyuta.az
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO












