Banner

Azərbaycanda ambulans dron hazırlayan şirkət bağlandı, məhkəmə cərimələdi - FOTO

Xəbərlər 26 Oktyabr 2026 13:56
Azərbaycanda ambulans dron hazırlayan şirkət bağlandı, məhkəmə cərimələdi - FOTO
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda bir ilkə imza ataraq ambulans dron istehsalına başlayan "İdrak Texnoloji Transfer" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.

Avtosfer.az Yurd.media-ya istinadla xəbər verir ki, fəaliyyətini dayandırandan sonra şirkət və rəhbəri də məhkəmə tərəfindən cərimələnib.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti "İdrak Texnoloji Transfer" MMC-də yoxlama aparıb. Vətəndaşın müraciəti əsasında MMC-yə məktub göndərilərək qeyd olunan sənədlərin yeddi iş günü müddətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə verilməsi tələb olunub.

Amma müvafiq sənədlər MMC tərəfindən təqdim olunmayıb.

Nəticədə "İdrak Texnoloji Transfer" MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə "İdrak Texnoloji Transfer" MMC 2 min manat, MMC-nin rəhbəri isə 1000 manat cərimə edilib.

"İdrak Texnoloji Transfer" MMC Azərbaycanın proqram təminatı, informasiya sistemlərinin layihələndirilməsi, aparat təminatı istehsalı və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri idi. "İdrak Texnoloji Transfer" şirkəti tərəfindən müxtəlif təyinatlı bir neçə pilotsuz uçuş aparatı, o cümlədən xəsarət alanların təxliyəsi əməliyyatları üçün ambulans dron hazırlanırdı. Lakin dövlətə 247 min manat borcu yığılan MMC bu yaxında fəaliyyətini dayandırıb. Şirkətin rəhbəri əvvəl Hikmət Abdullayev olsa da, sonradan onu Fərrux Mirzəyev əvəz edib, bağlanan ərəfədə isə Ayaz Rüstəmov olub.

 

 

FOTO QALEREYA
Oxunub : 114
ŞƏRH YAZ
Ad

E-mail

Şərh