Banner

İranda dolların məzənnəsi rekord həddə çatdı

Maraqlı 29 Noyabr 2026 19:41
İranda dolların məzənnəsi rekord həddə çatdı
WhatsApp kanalımıza abunə olun

İranın sərbəst bazarında ABŞ dolları 3 milyon İran rialından çox olmaqla – 3 047 000 rial səviyyəsinə çataraq rekord həddə yüksəlib.

Avtosfer.az xəbər verir ki, TGJU saytınının yaydığı məlumata görə, bazar günü ticarət zamanı dollar bu rekord zirvəyə çatıb.

İran valyutası yerli vaxtla təxminən saat 12:40-da bu tarixi minimuma (rialın dəyərdən düşməsi baxımından) çatıb; saat 13:56-da isə dollar 2 989 808 rial məzənnəsi ilə ticarət olunub. Rəsmi məzənnəyə gəldikdə, bu, 1 dollar üçün təxminən 1,96 milyon rial təşkil edir.

Son bir həftə ərzində sərbəst bazarda dollar təxminən 12%, son altı ayda 71%, ötən il ərzində isə 158% bahalaşıb.

Oxunub : 44
ŞƏRH YAZ
Ad

E-mail

Şərh