Banner

Aqil Məmmədova "polkovnik" rütbəsi verildi

Xəbərlər 29 Noyabr 2026 20:34
Aqil Məmmədova "polkovnik"  rütbəsi verildi
WhatsApp kanalımıza abunə olun

Vətən müharibəsi iştirakçısı Məmmədov Aqil Əli oğluna "polkovnik" rütbəsi verilib.

Avtosfer.az xəbər verir ki, əslən Lerik rayonunun Xəlifəküçə kəndindən olan  A.Məmmədov Vətən qarşısında xüsusi xidmətlərinə görə bu rütbəyə layiq görülüb.

1980-ci il mayın 9-da Xəlifəküçə kəndində dünyaya göz açan Aqil Məmmədov ​2001-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmətə başlayan zabit illər ərzində taqım komandiri, bölük komandiri, tabor komandiri və müxtəlif qərargah vəzifələrində çalışıb.

O, “Vətən uğrunda”, “Şücaətə görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalları ilə təltif olunub.

​Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmətini davam etdirir.\\unikal.az

Oxunub : 198
ŞƏRH YAZ
Ad

E-mail

Şərh