İran Türkiyə ilə uçuşların dayandırılması xəbərlərini TƏKZİB ETDİ

İran Türkiyə ilə hava əlaqəsinin dayandırılması ilə bağlı yayılan məlumatları təkzib edib.
Avtosfer.az IRIB xəbər agentliyinə istinadən xəbər verir ki, İranın Mülki Aviasiya Təşkilatı iki ölkə arasında birbaşa uçuşların hər iki istiqamətdə qrafikə uyğun şəkildə davam etdirildiyini açıqlayıb.
Qurumun sözçüsünün sözlərinə görə, "Iran Air", "Iran Aseman Airlines" və "Caspian Airlines" də daxil olmaqla ondan çox İran aviaşirkəti hər gün İstanbul, Ankara və Van şəhərlərinə birbaşa reyslər həyata keçirir.
Qeyd edək ki, bu açıqlama Türkiyənin yerüstü xidmət göstərən "FUGO" şirkətinin hava limanlarında fəaliyyətini dayandıracağını elan etməsindən sonra verilib. Belə ki, İran aviaşirkətlərinə xidmət göstərdiyi üçün ABŞ tərəfindən sanksiyalara məruz qalan sözügedən şirkətin fəaliyyətini dayandırması uçuşların taleyi ilə bağlı qeyri-müəyyənlik yaratmışdı.
"Flightradar24" uçuş izləmə xidmətinin məlumatına əsasən, şənbə günü səhər saatlarında Tehrandan Türkiyəyə uçan sərnişin təyyarəsi də qrafik üzrə havaya qalxıb.
Bəzi magistral yollarda görünüş məsafəsi azalacaq
Mərkəzi Asiyadan Hind okeanına: Yeni nəqliyyat qovşağına çevrilən region - FOTO
Azərbaycanda ən qocaman vəzifəli şəxslər kimlərdir? - SİYAHI
Ramiz Mehdiyevlə bağlı 20 illik MƏXFİ DOSYE AÇILDI - SENSASİYA
Tovuzda yolda sürüşmə: Hərəkət çətinləşdi - VİDEO
Prezidentdən Əhməd Vəliyevlə bağlı SƏRƏNCAM
“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT












