Bakı - Naxçıvan reysindən istifadə edənlərin NƏZƏRİNƏ

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı ilə Naxçıvan arasında reyslərə aviabiletlərin alınması prosedurunu asanlaşdıracaq - yaxın zamanlarda biletləri yalnız onlayn şəkildə aviaşirkətin rəsmi www.azal.az saytından əldə etmək mümkün olacaq.
Bu barədə Referans.az-a AZAL-dan bildirilib.
Bu dəyişiklik sərnişinin AZAL-ın kassalarında keçirdiyi vaxtını xeyli azaldacaq və biletlərin alınması prosesini onun üçün daha asan və şəffaf edəcək.
Bu istiqamətdə aviabiletlərin onlayn satışına tam keçidin dəqiq tarixi daha sonra açıqlanacaq.
Respublika daxilində reyslərə aviabiletlərin dəyəri Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.
Mümkün fırıldaqçılıq hallarının qarşısını almaq üçün sərnişinlərdən diqqətli olmalarını və biletləri yalnız rəsmi internet saytından almalarını xahiş edirik.
Bundan əlavə, 18 yaşınadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə münasibətdə 10 manat məbləğində endirim tətbiq olunur. Bu kateqoriyalardan olan sərnişinlər üçün aviabiletlər yalnız Bakı və Naxçıvan hava limanlarında aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirilə bilər. Biletlər alınarkən sərnişinlər müvafiq sənədləri təqdim etməlidirlər.
Qeyd edək ki, AZAL hər gün Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 4 müntəzəm reys həyata keçirir və tələbatdan və aviaşirkətin texniki imkanlarından asılı olaraq bu marşrut üzrə əlavə reyslər yerinə yetirilir.
Aviadaşımalar mövsümündə yüksək tələbat olsa da, bu marşrut üzrə uçuşların sayı bütün proqnozları üstələyir. Təkcə son bir həftə ərzində bu istiqamətdə hər gün 10-a yaxın uçuş yerinə yetirilib və gündəlik 2 mindən çox sərnişin daşınıb.
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
Xırdalan parkında təhlükəli vəziyyət: Naqillərin üzəri açıq qalıb - VİDEO
İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM










