Müasir döyüş meydanında bahalı texnikalar niyə uduzur? - VİDEO

Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında son müharibələrin fonunda müasir hərbi planlaşdırmada baş verən dəyişikliklər və yeni döyüş konsepsiyaları barədə məlumat verilib.
Bildirilib ki, Ukrayna müharibəsi və Yaxın Şərqdəki qarşıdurmalar göstərib ki, müasir döyüş meydanında üstünlük artıq yalnız yüksək texnologiyalı silahlardan asılı deyil. Texnoloji imkanlarla yanaşı, kütləvi istehsal, iqtisadi səmərəlilik, logistika və sürətli adaptasiya qabiliyyəti də strateji üstünlüyün əsas elementlərinə çevrilib. Xüsusilə ucuz pilotsuz sistemlərə qarşı bahalı müdafiə vasitələrinin tətbiqi iqtisadi dayanıqlığın əhəmiyyətini artırıb.
Qeyd olunub ki, müasir ordular "platforma mərkəzli" yanaşmadan "sistemlərin sistemi" modelinə keçir. Pilotsuz sistemlər, sensorlar, rabitə şəbəkələri, süni intellekt və digər texnologiyaların vahid idarəetmə mühitində birləşdirilməsi döyüş imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir. Bununla yanaşı, istehsal gücü və kritik texnologiyalar üzərində nəzarət müdafiə sənayesində əsas prioritetlərdən sayılır.
Sonda vurğulanıb ki, gələcəyin hərbi gücü yalnız müasir silahlara sahib olmaqla deyil, onları sürətlə istehsal etmək, geniş miqyasda tətbiq etmək və bütün imkanları vahid əməliyyat sistemində əlaqələndirməklə müəyyən olunacaq.
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












