İlk qatlanan “iPhone” belə olacaq - FOTO

“Apple” şirkəti özünün ilk qatlanan smartfonunun final dizaynını təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, bu barədə məşhur insayder Sonni Dikson özünün “X” sosial hesabında məlumat paylaşıb.
İnsayder artıq kütləvi istehsala gedəcək seriya versiyasına tam uyğun gələn “iPhone Ultra” modelinin maketinin fotolarını da yayımlayıb.
Dərc olunan görüntülərə əsasən, smartfonun daxili ekranında dairəvi kəsik daxilində yerləşdirilmiş ön kamera mövcud olacaq. Korpusun nazikliyi ilə bağlı məhdudiyyətlərə görə qatlanan smartfonda sifətin tanınması sistemi olan “Face ID” tətbiq edilməyəcək. Bunun əvəzinə “Apple” yan tərəfdəki yandırıb-söndürmə düyməsinə inteqrasiya olunmuş “Touch ID” barmaq izi skanerinə üstünlük verəcək.
İnsayder cihazın rəng seçiminə də xüsusi diqqət çəkib. Hazırda məlum olan bütün maketlər eksklüziv olaraq yalnız ağ rəngdə təqdim edilib. Bu isə şirkətin satışların startında yalnız bir rəng seçimi ilə kifayətlənəcəyi ehtimalını yaradır.
Sızan şayiələrə görə, “iPhone Ultra” modelinin qiyməti təxminən 2000 dollar təşkil edəcək. Belə yüksək qiymət smartfonda maye metaldan hazırlanmış xüsusi qatlanma mexanizminin və qatlanma xətti demək olar ki, görünməyən unikal ekranın istifadəsi ilə izah olunur.
Qeyd edək ki, “iPhone Ultra” modelinin rəsmi təqdimatı cari ilin sentyabrında, “iPhone 18 Pro” və “Pro Max” modelləri ilə eyni vaxtda gözlənilir. Çoxsaylı iddialara görə, baza versiyalı “iPhone 18” isə gələn ilin yazında ictimaiyyətə təqdim olunacaq.
Xatırladaq ki, bundan əvvəl “Apple” şirkətinin rekord tələbat fonunda “iPhone 17” modelinin istehsalını kəskin şəkildə artırdığı barədə məlumatlar yayılmışdı.

Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir










