Azərbaycanlı məktəbli "WhatsApp"a bənzər tətbiq yaratdı - VİDEO

Səkkizinci sinif şagirdi Asim Hüseynovun texnologiyaya marağı kiçik yaşlarından başlayıb. O heç bir kursa qatılmadan və xüsusi hazırlıq keçmədən "Android" platforması üçün mesajlaşma tətbiqi hazırlayıb. "Asim Chat" adlandırdığı tətbiq vasitəsilə istifadəçilər bir-biri ilə yazışa, qruplar yarada və şəkillər paylaşa bilirlər.
Avtosfer.az xəbər verir ki, məktəblinin Baku TV-yə bildirdiyinə görə, layihənin hazırlanması zamanı müxtəlif çətinliklərlə qarşılaşsa da, araşdırmalar apararaq onların öhdəsindən gəlməyi bacarıb.
"Proqramı təxminən iki həftəyə hazırladım. Bu, "WhatsApp"a bənzər bir tətbiqdir və istifadəçilər burada bir-biri ilə mesajlaşa bilirlər.
"YouTube" və digər platformalarda bu cür proqramların hazırlanmasını izləyirdim. Anam da mənə belə bir tətbiq yaratmağı təklif etdi və bu fikir məndə maraq oyatdı.
İşə başladım, amma proses heç də asan olmadı. Tətbiqdə qrup yaratmaq, mesaj və şəkil göndərmək mümkündür. Bundan əlavə, gecə saatlarında istifadə zamanı gözləri yormamaq üçün qaranlıq rejim funksiyasını da əlavə etmişəm", - deyə Asim bildirib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












