Misirdə iki qatar toqquşub: 140 nəfər...

Misirin Giza vilayətində iki sərnişin qatarının toqquşması nəticəsində 140 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə Əl-Əyyat şəhəri yaxınlığında, Kəfr Əmmar və Ər-Rəqqa stansiyaları arasında baş verib.
Məlumata görə, Giza–Fəyyum marşrutu üzrə hərəkət edən 134 nömrəli qatar Qahirə–Asuan istiqamətində gedən 2010 nömrəli qatarın arxa hissəsinə çırpılıb.
Toqquşma nəticəsində qatarın dörd vaqonu relsdən çıxaraq aşıb.
Hadisə yerinə 20-dən çox təcili tibbi yardım avtomobili, xilasedicilər və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Qəza ilə əlaqədar bölgədəki xəstəxanalar gücləndirilmiş iş rejiminə keçirilib.
Misir prokurorluğu hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlayıb.
Xəsarət alanların dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












