Ofeliya Sənani yıxılaraq xəsarət aldı: “Halım çox pisdir”

Xalq artisti, tanınmış diktor Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə diktor Musavat.com-a açıqlamasında bildirib.
O qeyd edib ki, bir neçə gün əvvəl evinin balkonunda olarkən təzyiqi yüksəlib və başı gicəllənərək yıxılıb.
Xalq artisti hazırda vəziyyətinin ağır olduğunu, hərəkət etməkdə çətinlik çəkdiyini deyib:
"Halım çox pisdir, uzanıram, tərpənə bilmirəm. Lap pisləşmişəm. Yıxıldığım üçün qolum əzilib, göyərib, tərpənə bilmirəm, ağrıyır. Yaxşı ki, küçədə yıxılmadım, başım asfalta dəyərdi. Necə oldu, heç özüm də bilmədim".
Xalq artisti qolunda sınıq olmadığını bildirib. Lakin aldığı zərbələrdən sonra ağrılarının davam etdiyini deyib.
O, hazırda həkimə müraciət etmədiyini, evdə uzanaraq dincəldiyini söyləyib:
"Yox, həkimə getməmişəm. Uzanmışam, dincəlirəm. Ağrılarım var. Rahat hərəkət edə bilmirəm".
Diktor səhhətində müəyyən irəliləyiş olduğunu desə də, zaman-zaman vəziyyətinin qəfil pisləşdiyini bildirib. O, başgicəllənmə səbəbindən bir neçə dəfə küçədə də yıxıldığını deyib: "Təzyiq qalxır, qəfildən yerə çırpılıram".
Xalq artistinin sözlərinə görə, evində ona kömək edən şəxslər var: "Yeməyimi hazırlayıb, qarşıma qoyurlar. Özüm heç bir iş görə bilmirəm".
Ofeliya Sənani halsızlaşdığı və yeriyə bilmədiyi üçün müayinələrə də gedə bilmədiyini bildirib.
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












