Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA

Bakının Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində ilk dəfə olaraq quraşdırılmasına başlanılan "T" formalı işıqforlar 30-dan çox avtobusa şamil ediləcək.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, bu kəsişmədən hər saat ərzində 4 marşrut (20, 72, 125 və E1 nömrəli) üzrə 30-dan çox avtobus keçir.
"Hazırda sola dönmək üçün avtobuslar iki hərəkət zolağını kəsərək ümumi nəqliyyat axınına qoşulmaq məcburiyyətində qalır. Bu isə minik avtomobillərinin hərəkətinə maneə yaradır, kəsişmənin buraxıcılıq qabiliyyətini azaldır, həm avtomobil sürücülərinin, həm də ictimai nəqliyyat sərnişinlərinin əlavə vaxt itirməsinə səbəb olur.
Yeni işıqforlar avtobusların ümumi nəqliyyat axınına mane olmadan birbaşa xüsusi hərəkət zolağından sola dönməsinə imkan verəcək. Avtobusların hərəkəti üçün mövcud işıqfor fazalarının müddətinə 10 saniyə əlavə olunacaq. Bu, bütün hərəkət iştirakçıları üçün nizamlı, təhlükəsiz və rahat hərəkəti təmin edəcək", - AYNA-dan bildirib.
Məlumatda qeyd edilib ki, bu cür həllər beynəlxalq təcrübədə uğurla tətbiq olunur və gələcəkdə paytaxtın digər kəsişmələrində də istifadəsi nəzərdə tutulur.
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının FOTOLARI
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB












