Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı

Külli miqdarda şokolad və peçenyeni oğurlayaraq satan şəxs tutulub.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, 37 yaşlı Ayxan Vəliyev (ad və soyad şərtidir - red.) Gürcüstandan Özbəkistana aparılmalı olan 15 tondan çox şokoladı və 4 tondan artıq peçenyeni ələ keçirərək şirkətə 184 min 843 manat zərər vurub.
Faktla bağlı cinayət işi başlanıb və Ayxan Vəliyev saxlanılıb.
Məhkəmədə müəyyən olunub ki, yük əvvəlcə Azərbaycana gətirilib. Lakin Ayxan yük maşınının marşrutunu dəyişdirərək məhsulları Samur gömrük postundan Rusiyaya keçirib. Şokolad və peçenye Dağıstanın Mahaçqala şəhərində satılıb.
Ayxanın sözlərinə görə, məhsullar Rusiyada 50 min dollara alıcı tapıb. Əldə olunan pulun bir hissəsi yük maşınlarının alınmasına xərclənib.
Zərərçəkmiş şirkətin nümayəndəsi Məmməd İsrafilov (ad və soyad şərtidir - red.) isə məhkəmədə bildirib ki, şirkətə dəyən ziyan ödənilməyib.
Araşdırma zamanı yükün guya Qazaxıstana göndərildiyini göstərən saxta sənədin də təqdim edildiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə A.Vəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının FOTOLARI
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ












