Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı

Noyabrın 16-da paytaxtın Binəqədi rayonunun Həmzə Babaşov küçəsində yerləşən evdə 23 yaşlı Gülarə Mehdiyevanın qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə cinayətdə şübhəli bilinən Ayxan Mehdiyevin və hadisə qurbanının atası Ağa Mehdiyev danışıb.
O bildirib ki, 2008-ci il təvəllüdlü oğlu A.Mehdiyevin psixoloji problemləri olub və bununla əlaqədar müalicə alıb. Son aylarda isə Ayxanın vəziyyəti daha da ağırlaşıb:
"Mənim 16 yaşlı digər oğlum onkoloji xəstədir. Onu Türkiyədə müalicə etdiririk. Hər ayın böyük hissəsini Ankarada onun yanında oluram. İndiyədək doqquz dəfə kimyaterapiya kursu keçib. Bu müddətdə Ayxanın da xəstəliyi kəskinləşib. İki ay idi ki, gecələr yata bilmirdi. Əvvəllər də psixoloji xəstəlik keçirmişdi. 2022-ci ildə müalicə aldıqdan sonra vəziyyəti xeyli yaxşılaşmışdı. Növbəti dəfə 2025-ci ildə müalicə almışdı. "Montin"dəki Psixi Sağlamlıq Mərkəzində professor Nadir İsmayılovun, daha sonra isə digər həkim Samirə xanımın qəbulunda olub. Mən özümü qınayıram ki, son aylarda Ayxanla yaxından maraqlana bilməmişəm. Anası deyirdi ki, yuxu dərmanı qəbul edib, vəziyyəti yaxşılaşıb. Amma xərçəngdən əziyyət çəkən digər övladıma görə ona lazımi diqqəti göstərə bilməmişik".
Fotoda Ayxan Mehdiyev

Ağa Mehdiyev hadisədən sonra həbs edilən oğlu ilə istintaq dövründə görüşdüyünü bildirib:
"O, hələ də özündə deyil. Görüşün sonunda ayağa qalxdım, soruşdu ki, mən də gəlirəm? Yəni hələ də özündə deyil. Soruşuram ki, kimi görmək istəyirsən, kim gəlsin səni görməyə? Yenə susur, özündə deyil. Mən özümü qınayıram ki, onu niyə vaxtında həkimə aparmadım. Əslində, həkimə zəng etmişdim. Dedi ki, məzuniyyətdədir. Sonra səhlənkarlıq etdim, aparmadım. Anası yuxu dərmanları verdi, bir az yaxşılaşdı, sonra vəziyyəti daha da pisləşdi. Əvvəllər çox yaxşı idi. Öz bacarığı ilə İdman Akademiyasına qəbul olunmuşdu, ikinci kursda təhsil alırdı".


Faciə ilə üzləşən ata övladları arasında heç vaxt ayrı-seçkilik qoyulmadığını, onların bir-biri ilə münasibətlərinin həmişə yaxşı olduğunu bildirib:
"Ayxan xəstəxanada olanda Gülarə ilə birlikdə onu gül-çiçəklə qarşılamağa getmişdik. İndi sosial şəbəkələrdə kimlərsə ağzına gələni yazır, bilib-bilmədən fikirlər bildirirlər. Amma yıxılana balta vurmaq olmaz axı. Bizim öz dərdimiz var. Ailəmizdə heç vaxt uşaqlar arasında ayrı-seçkilik olmayıb. İndi qızımın yarımçıq rəsmləri qalıb evdə... O, həmişə öz sənətinə diqqət yetirirdi. Bu hadisə ailəmiz üçün böyük zərbə olub".

Üç nəfərin öldüyü qəzada yaralanan məktəbli yenidən xəstəxanaya köçürülüb
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının FOTOLARI
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI












