Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT

2027-ci ildə taksi sürücülərinin vergi ödəmə qaydasının dəyişdirilməsinin gedişhaqqına təsir edib-etməyəcəyi məsələsinə aydınlıq gətirilib.
Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, sürücülərin gəlir vergisinin artması taksi xidmətlərinin qiymətinin yüksəlməsinə səbəb olmayacaq.

Onun sözlərinə görə, taksi tarifləri vergi mexanizmindən asılı olmayan müxtəlif amillər əsasında formalaşır.
"Demək olmaz ki, vergi hesablama sistemi dəyişəndən sonra taksilərin qiyməti yüksələcək", deyə ekspert vurğulayıb.
Qeyd edək ki, 2027-ci ildən taksi sürücülərinin vergi ödəmə mexanizminin dəyişdirilməsi təklif olunur. Gələn ilin dövlət büdcəsi zərfinə daxil edilən Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, taksi sifarişi operatorları vasitəsilə fəaliyyət göstərən sürücülər indiki kimi sabit məbləğdə deyil, aylıq gəlirlərinin 1 faizi həcmində sadələşdirilmiş vergi ödəyəcəklər.
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının FOTOLAR
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib












