Bakıda qorxunc vəziyyət - Evin həyəti ikiyə ayrıldı - VİDEO

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə zonasının hazırda aktiv fazada olduğu müəyyən edilib.
Avtosfer.az “XəzərXəbər”ə istinadən xəbər verir ki, ərazidə yaşayış evinin həyəti ikiyə ayrılıb.
Mövcud vəziyyətdən daha çox həmin ərazidə, həmçinin yaxın ətrafda yaşayan vətəndaşlar narahatdır.
Sakinlər deyirlər ki, 5 il bundan əvvəl də eyni yerdə sürüşmə baş vermişdi, torpaq qatı uçub yola tökülmüşdü.
Ərazinin yuxarı hissəsində, Badamdar üçüncü massivdə başlayan sürüşmə artıq bir evə ziyan vurub, dərin, iri çatlar əmələ gəlib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sürüşmə sahəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə növbəti vizual baxış zamanı ərazidə sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarına sürüşmə prosesinin dinamikası və aktivliyinin artması ehtimalı nəzərə alınaraq, ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən isə qeyd edilib ki, qurumun mütəxəssisləri tərəfindən ərazidə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən olunub. Vəziyyətin dinamikası izlənilir.
Avtomobil almaq arzusu ilə götürdüyü krediti tanışı oğurladı; polis saxladı
Bakıda həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı - VİDEO - YENİLƏNİB
Tramp Si Cinpinlə görüşdən ölkəsi üçün nə əldə edə bildi? - POLİTOLOQ
Qobu Parkda yol çökür – Aylardır tədbir görülmür - VİDEO
Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - VİDEO
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO












