Bank borcunuza görə eviniz əlinizdən alına bilər? - Hüquqşünas RƏYİ

Hüquq sistemi ilk baxışdan çox mürəkkəb və anlaşılmaz görünsə də, əslində gündəlik həyatımızın hər anında bizimlədir. Təcrübəli hüquqşünasla apardığımız bu söhbətdə hamımızın qarşılaşa biləcəyi problemlərin ən sadə və qanuni həll yollarını araşdırmışıq. Ekspert həm öz hüquqlarımızı necə qorumalı olduğumuzu izah edib, həm də çoxlarının səhv bildiyi məqamlara aydınlıq gətirib.
Avtosfer.az Demokrat.az-a istinadən tanınmış vəkil, hüquqşünas Misirə Xəlilzadə ilə müsahibəni təqdim edir:

Vətəndaşların banklara olan borcları fonunda ən çox qorxduqları məqam girov qoyulan əmlakın itirilməsi riskidir. Hüquqşünasla apardığımız söhbət zamanı bankın borca görə evi və ya maşını dərhal müsadirə etmək səlahiyyətinin olmadığı məlum olub.
Ekspert bildirib ki, belə bir addım yalnız məhkəmənin yekun qərarı və icra məmurlarının iştirakı ilə, qanunla müəyyən edilmiş uzunmüddətli prosedurlar çərçivəsində mümkündür.
- Borca görə ev və ya maşın bank tərəfindən dərhal alına bilərmi?
- Dərhal xeyr, alına bilməz. Belə tədbirlər yalnız məhkəmə qərarı əsasında və qanunvericiliyə, eləcə də icra qurumunun prosedurlarına uyğun olaraq həyata keçirilə bilər.
- Yeganə yaşayış evi müsadirə oluna bilərmi?
- Əgər vətəndaşın mənzili bankın xeyrinə ipoteka müqaviləsi əsasında girov qoyulubsa, borc öhdəliyinin yerinə yetirilməməsi halında icra prosedurları çərçivəsində yalnız qanunla müəyyən edilmiş qaydada və məhkəmə qərarı əsasında həmin ipoteka ilə yüklü yaşayış evinə yönəldilmiş tədbirlər həyata keçirilə bilər.
- Girov qoyulmuş əmlak hansı mərhələdə satışa çıxarıla bilər?
- Borcun ödənilməməsi halında, kreditor borcun girov təminatına yönəldilməsi üçün müvafiq məhkəməyə müraciət edir. Girov qoyulmuş əmlak yalnız məhkəmənin qərarından sonra və icra prosedurları çərçivəsində satışa çıxarılır.
- Girovun dəyəri borcdan artıqdırsa, artıq məbləğ kimə qalır?
- Satışdan əldə olunan məbləğ əvvəlcə borcun ödənməsinə, qalan hissəsi isə girov sahibinə qaytarılır.
- Bank borcalanın xəbəri olmadan girovu sata bilərmi?
- Xeyr, bank borcalanın xəbəri olmadan girov qoyulmuş əmlakı sata bilməz. Girovun satışı yalnız qanunla müəyyən edilmiş prosedura uyğun, müvafiq məhkəmə qərarı əsasında mümkündür.
- Borcalan məhkəmədə özünü necə qoruya bilər?
- Borcalan borcun mövcud olmadığını, artıq ödənildiyini və ya faizlərin qanunsuz hesablandığını sübut edən sənəd, müqavilə və digər dəlilləri məhkəməyə təqdim etmək hüququna malikdir. Borc məbləği ilə razılaşmadığı hallarda, borclu ekspertiza təyin edilməsi və digər qanuni vəsatətlərin təmin olunması üçün məhkəməyə müraciət edə bilər. Yəni, bankın sizi evdən çıxarmaqla və ya maşınınızı əlinizdən almaqla hədələməsi qanuni deyil. Sizin məhkəmədə vaxt qazanmaq, borca etiraz etmək və əmlakınızı qorumaq üçün kifayət qədər hüquqi mexanizmləriniz var. Heç bir əmlak məhkəmə qərarı olmadan və sizin xəbəriniz yoxkən satıla bilməz.
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












