Avtomobili utilizasiyaya verənlərin diqqətinə - Yeni ödəniş forması belə olacaq - AÇIQLAMA

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Tullantılar haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, Nəqliyyat vasitələrinin utilizasiya fondu ləğv olunur.
Avtosfer.az xəbər verir ki, bununla, güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyaların icrasının təşkili və təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Yayılan məumatdan sonra sürücülər tərəfindən Avtosfer.az-ın qaynar xəttinə sürücülər tərəfindən suallar ünvanlanıb. Onları narahat edən məsələ dəyişiklikdən sonra avtomobilləri utilizasiya üçün hara təqdim etmələri və ödənişlərini necə alacaqları olub.
Mövzu ilə bağlı “Təmiz şəhər” ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, Nəqliyyat vasitələrinin utilizasiyası fondunun ləğvi ölkədə məqsədli büdcə fondlarının fəaliyyətinin və büdcə maliyyələşməsi mexanizmlərinin təkmilləşdirilməsi prosesi ilə bağlıdır.

“Bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Fərmanından irəli gəlir. Qeyd edək ki, nəzərdə tutulan dəyişikliklər mövcud mexanizmlərin ləğvini deyil, onların daha səmərəli təşkili və təkmilləşdirilməsini nəzərdə tutur. Nəzərinizə çatdırırıq ki, nəqliyyat vasitələrinin utilizasiyası proqramının maliyyələşdirilməsində, güzəştlərin və birdəfəlik ödənişlərin verilməsində heç bir dayanma olmayacaq. Proqram fəaliyyətini davam etdirəcək, proseslər isə yeni idarəetmə mexanizminə uyğun şəkildə həyata keçiriləcək”.
Sürücülərin anrahatlığına hansısa əsas varmı? Əvvəl necə idi?
Azərbaycanda köhnə və istismara yararsız avtomobillərin utilizasiyaya verilməsi üçün xüsusi fond yaradılmışdı.
Bu fonda vəsait müxtəlif mənbələrdən daxil olurdu. Məsələn:
- Xaricdən avtomobil gətirilərkən utilizasiya haqqı ödənilirdi;
- Avtomobil texniki baxışdan keçirilərkən də utilizasiya haqqı alınırdı;
- Toplanan vəsait utilizasiya proqramının maliyyələşdirilməsinə yönəldilirdi.
Vətəndaş köhnə avtomobilini utilizasiyaya təhvil verdikdə isə müəyyən şərtlərlə yeni yerli avtomobil alarkən güzəşt və ya birdəfəlik pul ödənişi əldə edə bilirdi.
İndi nə dəyişir?
Milli Məclisin qəbul etdiyi dəyişikliklərlə ayrıca Nəqliyyat vasitələrinin utilizasiyası fondunun ləğvi nəzərdə tutulur.
Bundan sonra:
- Utilizasiya haqları ayrıca fonda deyil, dövlət büdcəsinə köçürüləcək;
- Vətəndaşlara verilən güzəştlər və birdəfəlik ödənişlər dövlət büdcəsindən maliyyələşdiriləcək;
- Utilizasiya proqramının özü fəaliyyətini davam etdirəcək.
Vətəndaş üçün bunun mənası nədir?
Təsəvvür edin ki, sizin 30 illik avtomobiliniz var və onu utilizasiyaya vermək istəyirsiniz.
Əvvəlki kimi avtomobilinizi “Təmiz şəhər” ASC-yə təhvil verə, qanunvericilikdə nəzərdə tutulan şərtlərlə güzəşt və ya birdəfəlik ödəniş əldə edə biləcəksiniz.
Yəni, köhnə avtomobillərin utilizasiyası dayandırılmır, vətəndaşlara verilən ödənişlərin ləğvi nəzərdə tutulmur. Sadəcə proqramın maliyyələşmə mənbəyi dəyişir.
Səfər
Soyuq havada sürücülər qızdırıcını hansı rejimdə işlətməlidir? – ARAŞDIRMA
Avtomobilin lyukuna yaxın məsafədən su vurularsa, nə baş verər? – XƏBƏRDARLIQ – VİDEO
Avtomobildə telefonu tutacağa yerləşdirib xəritədən istifadə etmək olarmı? – AÇIQLAMA - VİDEO
Bakıda piyadaların üzləşdiyi təhlükə ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO












