Baş yolda olarkən ikinci dərəcəli yoldan gələnlərə necə yol verməlisiniz? – Mütəxəssis İZAH ETDİ - VİDEO

Yollarda sürücülərin ən çox tərəddüd etdiyi məqamlardan biri əsas yolda hərəkət edərkən ikinci dərəcəli yoldan çıxan avtomobillərə yol vermək məsələsidir. Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu mövzu ilə bağlı sürücülərə mühüm tövsiyələr verib.
Avtosfer.az xəbər verir ki, Aqil Rəhimovun sözlərinə görə, sürücülərin əksəriyyəti mədəni davranış nümayiş etdirərək bir avtomobilə yol vermək istəyir. Lakin praktiki olaraq bundan çəkinirlər. Səbəb isə bir avtomobilə yol verildikdən sonra ard-arda 5–6 maşının da çıxmağa cəhd etməsi, nəticədə tıxac yaranması və arxadan gələn sürücülərin siqnalla narazılıq bildirməsidir.
Məşqçi qeyd edir ki, bu vəziyyətin qarşısını almağın bir üsulu var, lakin bunu yeni sürücülərə tövsiyə etmir. Çünki düzgün icra olunmadıqda qəza riski yarana bilər. Onun sözlərinə görə, bu metod daha çox təcrübəli sürücülər üçün nəzərdə tutulub.
Aqil Rəhimov bildirir ki, əsas yolda hərəkət edən sürücü ikinci dərəcəli yoldan çıxan avtomobillərdən yalnız birinə yol verməlidir. Avtomobil çıxan kimi dərhal sürəti artıraraq onun arxasında çox qısa ara məsafəsi təxminən 10–20 santimetr saxlanmalıdır. Bu halda sağdan çıxmaq istəyən ikinci və üçüncü avtomobillər artıq manevr edə bilmir və yalnız bir nəqliyyat vasitəsi buraxılmış olur.
Mütəxəssis vurğulayır ki, bir avtomobilə yol vermək həm yol mədəniyyətinin göstəricisidir, həm də təhlükəsizlik baxımından vacibdir. Çünki adətən əsas yola ən yaxın mövqedə olan sürücü daha hövsələsiz olur və ona yol verilmədikdə qəza riski artır. Eyni zamanda, ardıcıl avtomobillərin çıxmasının qarşısını almaq üçün ara məsafəsinin düzgün tənzimlənməsi mühüm əhəmiyyət daşıyır.
Aqil Rəhimov sürücüləri yollarda həm diqqətli, həm də mədəni olmağa çağıraraq bildirir ki, düzgün davranış bir çox yol-nəqliyyat hadisəsinin qarşısını ala bilər.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












