Elektrik avtomobilini uzun müddət şarjda saxlamaq zərərlidir? – ELÇİN ABBASOVDAN AÇIQLAMA - VİDEO

Elektromobillərin sayı artdıqca onların düzgün və təhlükəsiz istifadə qaydaları da getdikcə daha çox əhəmiyyət kəsb edir. Xüsusilə bu nəqliyyat vasitələrinin gündəlik istifadəsi zamanı qarşıya çıxan texniki detallara laqeyd yanaşmaq gələcəkdə böyük xərclərə və təhlükələrə yol aça bilər.
Avtosfer.az xəbər verir ki, sürücülərin ən çox etdiyi səhvlərdən biri elektromobilləri uzun müddət şarjda saxlamaqdır. Bir çox sürücü avtomobilini şarja qoşur və günlərlə, hətta tətilə gedərkən belə bu vəziyyətdə saxlayır.
Mütəxəssislərin fikrincə, elektromobilin batareyasını daim tam dolu saxlamaq batareyanın təbii ömrünü qısalda bilər. Ən ideal hal – batareyanın 20%-80% səviyyəsində dövr etməsidir. Daimi 100% dolu və ya tam boş vəziyyətdə saxlamaq isə batareyada kimyəvi disbalansa səbəb ola bilər. Bu da zamanla həm enerji tutumunu azaldır, həm də batareyanın tez isinməsi və ya sıradan çıxması kimi problemlərə yol aça bilər.
Digər tərəfdən, uzunmüddətli şarj zamanı batareya sistemində nasazlıq yaranarsa, yanğın və ya qısaqapanma kimi texniki təhlükələr də qaçılmaz ola bilər. Bu səbəbdən həm batareya ömrünü qorumaq, həm də təhlükəsizliyi təmin etmək üçün avtomobilin istifadə qaydalarına ciddi riayət edilməlidir.
Bəs elektromobilləri uzun müddət şarjda saxlamaq nə dərəcədə ziyanlıdır?
Mövzu ilə bağlı avtomobillər üzrə mütəxəssis Elçin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobillər uzun müddət şarjda qalmasında heç bir problem yoxdur:

“Çünki avtomobilin özünün sistemi tam dolduqdan sonra, yəni sürücünün qoyduğu bir hədd olur, həmin həddə kimi dolduqdan sonra artıq o, şarj götürmür və heç bir problem olmur.
Təhlükəsizliyə görə tövsiyə edərdim ki, əgər siz avtomobili axşamdan səhərə qədər şarja qoyursunuzsa və sizin maşınınız dolmaq üçün 32 amper elektrik tələb edərsə və düşünürsünüzsə bu gecə yarısına qədər yığacaq, siz onu 16 amperdə şarj edin. Çünki nə qədər amper az olmuş olsa, bu bir o qədər yaxşıdır. O zaman müddətində yavaş-yavaş dolacaq. Nə şəbəkənin, nə də avtomobilin şarj sistemini yükləmiş olmayacaq”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu
Bakı küçələrindəki velosiped zolaqları nə işə yarayır? – RƏSMİ STATİSTİKA
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT
Səkilərin olmaması şəhər həyatında hansı fəsadlara səbəb olur? – ARAŞDIRMA - FOTO
Avtomobil park etmək üçün bu 4 qaydaya əməl edilməlidir - MÜTƏXƏSSİS - VİDEO
Maşındakı bu konstruksiyalar yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Bakıda fəaliyyət göstərən avtobusların sayı 2350-yə çatıb - EKSPERT
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO








