Elektromobillər niyə zəmanət dövründə xarab olur? – Mütəxəssis səbəbləri AÇIQLADI - VİDEO

Son illərdə Azərbaycanda elektromobillərə yaranan maraq sürücülər üçün xüsusi problemləri artırıb. Bir müddət əvvəl Avtosfer.az-ın sosial şəbəkə hesablarına da vətəndaşalr tərəfindən göndərilən şikayətlər, elektromobillərin zəmanət müddətindən daha tez sıradan çıxması ilə bağlı bildirilənlər bu fikri bildirməyə əsas verir. Sürücülərin əksəriyyəti birinci əl elektromobilin 7-8 min dövr sürüldükdən sonra anidən dayandığını, başqa hissələrində də problemlərin yarandığını bildirir.
Digər qisim sürücülər isə ilin isti aylarında elektrikli avtomobilindən qəribə cüyültü səsinin gəldiyini qeyd edir. Üstəlik, bütün bu problemlər maşın hələ 50 min “probeq”ə çatmamış yaşanır. Problemlərlə əlaqədar avtomobillər üzrə mütəxəssis Elçin Abbasov Avtosfer.az-a açıqlamasında deyib ki, bəzi sürücülər ümumiyyətlə zəmanət anlayışını qavraya bilmir:
“Əvvəlcə zəmanətin nə olduğunu başa düşməliyik. Zəmanət o demək deyil ki, avtomobil xarab olmayacaq. O deməkdir ki, avtomobil xarab olduğu zaman istehsalçının hesabına bu avtomobil təmir olunacaq. Ona görə də sürücülər elə bilir ki, istifadə müddətində avtomobildə çox az problem olacaq. İstehsalçı isə çalışır ki, zəmanət müddətində həmin nəqliyyat vasitəsində çox az problem olsun. Aydındır ki, belə problemlər həmişə yarana bilər. Mən sizi əmin edirəm ki, belə problemlər təkcə Çin avtomobillərində olmur, elə Avropa avtomobillərində də eyni problemlərlə rastlaşmaq mümkündür. Mühərriki xarab olan Avropa avtomobilləri tanıyıram ki, 30 min dövriyyədən sonra mühərrik dayanıb”.
Mütəxəssis onu da bildirib ki, hətta bəzi elektromobillər var ki, 30 min dövriyyədə əvvəlcə öndəki, sonra arxadakı mühərriki dayanıb.
Səfər
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...











